Qara saçlar, ağ saçlar
Saçlarıma dən düşür, dən düşür, yaman düşür,Hər baxanda anamın ürəyinə qan düşür.Bu ağ saçlar, ay ana, səni dərdə salmasın,Saçımın ağlığından qanın heç qaralmasın!Alışıram gecələr masa arxasında mən,Saçlarım da ağarır, qəlbimin atəşindən.Sən demə ki, balamın bəlkə gizli qəmi var,Vaxtsız ağaran saçın özgə bir aləmi var.Ölüm belə qəm deyil bu həyatı duyana,Mən bu ağ saçlarımla öyünürəm, ay ana!Qara, şəvə saçları təbiət vermiş mənə,Mən güvənə bilmərəm onun bu töhfəsinə.Zəhməti həyatımın ilk bəzəyi sanmışam,Ağ saçları həyatda mən özüm qazanmışam.
Sentyabr, 1957
Kitabxana.az · https://kitabxana.az/ru/works/bextiyar-vahabzade-qara-saclar-ag-saclar
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Bu sevda oddur müşkülBəhəqqi surəi-İncil
MənimçünAy ağalar, sizə tərif eyləyim,Nə iş tutub üzü qarə Murad xan.
Nə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmazNə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmaz,Nə anın hicrinin nöqsan olan ayı tamam olmaz.
Pəltək adamın dilindənŞə-şə-şə şəha cəmalın kə-kə-kə kəmal olubdur,Lə-lə-lə ləbin şərabı zu-zu-zu zülal olubdur