Səhənd qardaşımıza!
Axdı gözlərimdən sel gizli-gizliB.Azəroğlu
Səhənd! Mehrabımız ana Vətəndir.Mehrabın başma dön, aşkar-aşkar.Arzu çələngimi dan şəfəqindənHörürəm, qardaşım, mən aşkar-aşkar.
Deyirlər: "Səbr edin, susun, gözləyin". –Necə qışqırmayım, - necə? Bir deyin.Sıxır bədənimi bu kor fələyinƏynimə biçdiyi don aşkar-aşkar.
Məni qorxutmayır qara gecələr,Zülmətin təşvişi hədərdir, hədər.Gecənin bağrından doğulur səhər,Qızarır üfüqdə dan aşkar-aşkar.
Baba kölgəsinə daldalanmayaq,Kül olub kül üstə biz qalanmayaq.Çillə quşu kimi gizli yanmayaq,Odundan od alım, yan, aşkar-aşkar.
Haqqımı tapdayan məni nə anlar?Haqqımdan danışır haqqı dananlar.Belə də dərd olar, siz ey qananlar,Ağla gizli-gizli, qan, aşkar-aşkar?
Kəndə səs düşməsə itlər hürüşməz,Könül istəməsə əllər görüşməz.Bir addım qabağa işığı düşməz,İçindən yanmasa, can aşkar-aşkar.
Umur səhərini o yazıq VətənBizim qəlbimizin öz atəşindən.Belə gəlişini istəmirəm mən,Gələsən, gedəsən sən, aşkar-aşkar.
Kitabxana.az · https://kitabxana.az/ru/works/bextiyar-vahabzade-sehend-qardasimiza
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
در مقامی که عشق همخانه استنفی و اثبات هر دو بیگانه است
SüzdürürMəgər yüzə çin salmışdır sərvi-nazXumar gözün nə süzdürür süzdürür
QəhvəGörək nə nüsxədi yaran, yüzü qara qəhvə,Nə çox qara yüzü ağ eyləyib qara qəhvə,
Saqi, xumar-xumar baxırsanSaqi, xumar-xumar baxırsan yenəCanıma od düşür bu nazdan mənim.