"Təbiət üzərindəki qələbələrimizlə çox da öyünməyək. Hər bir belə qələbə üçün təbiət bizdən intiqam alır",F.Engels

Cürbəcür adlarla adlandırmışıqÖtən hər əyyamı, ötən hər əsri.Köhnə hüdudları çoxdan qırmışıq,Əsrimiz elm əsri, kəşflər əsri!

Hüdudlar içində özünü dandı,Elm - yüz illərlə yatdı beşikdə.Elm - ayaq açıb dolanır indi,Havada, torpaqda, evdə, eşikdə!..

Dağların çəməni, bağların barı,Çatışmır.Kimyaya meydan vermişik.İpək corabları, yun paltarlarıSintetik şeylərə dəyişdirmişik.

Bəlkə torpağın da, bəlkə yerin dəQalmayıb o köhnə gücü-qüvvəti?Elə bil, elə bil meyvələrin dəDəyişib əvvəlki dadı, ləzzəti.

Təbii nemətlər çatışmır, nədir?Təbiət zəngindir, o, yoxsul deyil;Təbiət insana səxavətlidir,Ancaq qul deyil.

O ki, öz varını insana vermişOna qəsd eləmək cinayət olar.Bu gün təbiətlə yarışa girmişKimyəvi zavodlar, laboratoriyalar.

Elm hökm eləyir indi hər yerə,Zülmətin bağrına işıq nəqş edir.Sonsuz qadınlara, ya ərsizlərəNaməlum kişidən övlad bəxş edir.

Elm, özünəmi yoxsa... güvəndi?Axı, bu qüdrəti biz verdik ona.Əqlin yaratdığı elmlər indiDüşübdür xalıqlık iddiasına...

Dava-dərman ilə doğulan kəsin,Anası məlumdur, atasıysa yad.Atanı... övladın əslini yəqin,Nə ana biləcək, nə də ki, övlad.

Fərari olmurmu bəs əsl ata?Bəs saxta atanın nədir günahı?Uşaq anasına doğma olsa da,Qondarma ataya ögeydir, axı.

Daha bir cinayət, daha bir xata!Bu da bəşər üçün böyük bir ləkə -Doğma övladından xəbərsiz ataBir vaxt öz qızına ər oldu bəlkə?Səni danlamırmı içində bir səs –Demirmi, ay həkim, cəhdin nahaqdır?Övlad öz kökünü tanımırsa bəs,De hansı kök üstə boy atacaqdır?

Kökünü bilməyən özünü bilməz,Bizə nə gətirir bu niyyət, həkim?Onda bir-birinə qarışmazmı bəsFərdiyyət,şəxsiyyət,milliyyət,həkim?

Bu nədir? Gerimi qalmışam yoxsa?Mən ki, güvənmişəm hər zaman elmə.Əxlaqa, qaydaya toxunandasaMən üsyan edirəm, mən üsyan, elmə...

Təbiət həmişə təzədir, təzə,Biz üz çevirməyək bu təzəlikdən.Elm əxlaq ilə durub üz-üzəİndi biz hansına haqq verək, görən?

Axı, bu tədbirlər bizi çaşdırır,Gəlin uca tutaq əqidəmizi,Həkim, təbiətdən uzaqlaşdırırQondarma davalar, dərmanlar bizi.Bir şey ki, saxtadır - ondan nə fayda –Saxtanın nə yönü, nə etibarı;Əynimiz, başımız kimyalaşsa da,Mayamız, kökümüz saf qalsın barı.

Anadır, deməli güclüdür torpaq,Ondadır əlacı, axı, hər şeyin.Gəlin, təbiətin özündən alaqDava-dərmanını hər şikəstliyin.

May 1969

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О мудрости