Deyirsən, dərd oldu bizə eşqimiz,Sarsıntı, üzüntü yetməzmi artıq?Ürəkcə nə qədər bir olsaq da bizHəyat yollarında ayrılmalıyıq.

Ayrılmaq! Söz asan, əməl çətindir,Sevmək! Bu ki, sənin öz fitrətindir.Necə ayırasan odu ürəkdən,İstini atəşdən, ətri çiçəkdən?..

Mənim öz istəyim, mənim öz kamım –Sənin öz istəyin, sənin öz kamın.Sənin ad günündür mənim bayramım,Mənim ad günümdür sənin bayramın.Biri-birimizçün doğulmuşuq biz.Birdir hər eşqimiz, hər istəyimiz.

Hərdənbir darıxıb gəzməyə çıxsan,Ayağını öpən göy otlar mənəm.Başmı qaldırıb göylərə baxsan,Kövrəlib qaralan buludlar mənəm.Demə ki, yanımca nə hərlənirsən?..Mehvərin başına gərək hərlənəm.Bəzən səbəbsiz də kədərlənirsən,Səbəbi axtarma, o səbəb mənəm!Qəlbin çox ucalır, çox qanadlanır,Ona zirvə mənəm,Ona son mənəm.Yata da bilmirsən uzun gecələr,Gözlərindən qaçan o yuxun mənəm...Hər kəsə tutmadın, axı, tən məni.Sən də bu dünyada mənimçün təksən.Sən qova bilərsən evindən məni,Qəlbindən ki, qova bilməyəcəksən.Sənin hər dəqiqən, hər anın mənəm,Axı, adın mənəm, ünvanın mənəm.

Qapını üzümə bağlasan da sən,Özündən ayrıla bilməyəcəksən...Sən ki, sən deyilsən,Sən də bil, mənəm.Yaşını çoxaldan, səni ucaldan,Gün mənəm,Ay mənəm,Gülüm, il mənəm!..

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов