Bir “qare” ilə şagirdlərin əhvalatı
Misrdə bir yeganeyi-dövranMənə bu macəranı qıldı bəyan.Dedi kim, bizdə var idi bir pir,Sahibi-elmü şeyxi-pakzəmir.Əhli-təcvidü qarei-Quran,Ona “Qürrai-səbə” əbcədxan.Daim ol qarei-kühənsaləÖyrədirdi qiraət ətfalə.Məddü əşbaü ğünnə, səktəvü rövm,Çeşmi-ətfal üçün həram idi növm.Dərsdən qeyri həm o şeyxi-kühənOnlara eyləmişdi kim, qədəğənGöftgu olmasın qiraətsiz,Məddü təcvidsiz, bəlağətsiz.Oldular təngdil hamı ətfal,Həqqi, ətfalə çox girandu bu hal.Bir gün ol şeyx çağ edib qəlyanÇəkdi, ondan ucaldı ərşə duxan.Nagəhan bir şərarə qəlyandanDüşdü əmmaməsinə sol yandan.Etdi bir tifl işarə: – Key ətfal,Hələ bir qədr dinməyin, dərhalŞeyxin əmmaməsi bir az yansın,Qansa da, bari sonradan qansın.Çünki bir qədr yandı əmmamə,Oldu bir tifl gərmi-həngamə,Şeyxə verdi xəbər qiraətlə,Mədd ilə, çox uzun ibarətlə.Dörd əlif qədri çəkdi hər hərfi,Ğünnənin yox hesabü sərhəddi.Taki əvvəl xitabın eylədi “ya”,Rəmazan tək uzandı hərfi-nida.Dedi: – “Ya haci”, “hai” çəkdi təvil,Oldu zahir həzar cərrü səqil.Mübtəda zahir oldu çox, əmmaXəbərə müntəzir qalıb molla.Dedi: – Axır o tifli-əllamə,Şeyxəna, qoyma, yandı əmmamə!Ol zaman kim, o tifl verdi xəbər,Nisfdən yanmış idi balatər.Tünd olub şeyx, etdi qəhrü qəzəb,Dedi: – Ey tifli-bihəyavü ədəb,Sən ki gördün yanırmış əmmamə,Gərm olubdur başımda həngamə,Etmədin hali sürət ilə nədən?Dedi kim, etmisən özün qədəğən.Ey olan lütfü xeyrixah bizə,Bu əməldə nədir günah bizə?Dedi minbəd, ey güruhi-əziz,Göftgu eyləyin qiraətsiz.
Kitabxana.az · https://kitabxana.az/ru/works/seyid-ezim-bir-qare-ile-sagirdlerin-ehvalati
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Can nə lazımdır, əgər mənzuri-canan olmasa,Bəsdi cananın xəyalı, qəm degil, can olmasa.
Güzərin düşsə dəri-dilbərə, ey badi-səbaGüzərin düşsə dəri-dilbərə, ey badi-səba,Yetir ərzim o güli-əhmərə, ey badi-səba!
İkram edər o gül mənə əğyar yanındaİkram edər o gül mənə əğyar yanında,Ta etsin özün sevgili hər xar yanında.
Gül qönçəlikdə gərçi olur xarə aşinaGül qönçəlikdə gərçi olur xarə aşina,Açsa niqabını olur əğyarə aşina.
Стихи других поэтов
Dad əlindən sənin yaman həmsayəHaqq rəhmət eyləsin bədirnsayə
Təcnis: Əhəd, lə yəzəl, vahid, yəktaƏhəd, lə yəzəl, vahid, yəkta,Salma məni gözdən ayağa hərai,
Gəraylı: Gəl ey bülbül, bahar keçdiGəl ey bülbül, bahar keçdi,Nə ağlarsan, nə sızlarsan,
Bu gecəDöndü murad üzrə fələkDövran bizimdir bu gecə