İkram edər o gül mənə əğyar yanında,Ta etsin özün sevgili hər xar yanında.

Məqsud bu kim, mən olam azürdə, rəqibiƏgləşdirə ol yari-dilazar, yanında.

Sordum ki, rəqib ilə oturmaq nədir, ey şux,Güldü, dedi: gül daim olur xar yanında.

Şadəm ki, gözün fikridi peyvəstə könüldə,Xoşdur ki, təbibi ola bimar yanında.

Hər xar nə versin ərəqi-ruyüvə qiymətKim, qədri gülabın olur əttar yanında.

Haşa ki, güli-tər ola rüxsarüvə nisbət,Gül xarə dönər ol rüxi-gülnar yanında.

Макта — последний бейт с тахаллусом поэта. Gər ol sənəmin zülfi qəmindən ölə Seyyid,Dəfn eylədin ol sahibi-zünnar yanında.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви