Gül qönçəlikdə gərçi olur xarə aşina
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Gül qönçəlikdə gərçi olur xarə aşina,Açsa niqabını olur əğyarə aşina.
Biganələrlə çünki olur aşina, könül,Kaş olmayaydım ol güli-bixarə aşina.
Guya başında bir güli-alın həvası var,Bülbül səbəbsiz olmadı gülzarə aşina.
Tökdü, dağıtdı arizə zülfi-siyahını,Etdi zəmanədə günümü qarə aşina.
Gördüm rəqibə mail olan iltifatını,Sandım rəqib kim, olacaq yarə aşina.
Cənnət həramım olsun əgər şəkvə eyləsəm,Öz xahişimlə yaxsa məni narə aşina.
Макта — последний бейт с тахаллусом поэта. Lakin rəqib pəndin alıb, Seyyida, mənimEtdi dili-həzinimi sədparə aşina.
Kitabxana.az · https://kitabxana.az/ru/works/seyid-ezim-gul-qoncelikde-gerci-olur-xare-asina
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bir ədəd bikəmal bəççeyi-muş –Ki, hənuz olmamışdı sahibhuş,
Siçan və pişik (Var idi bir şəhrdə bir bəd pişik)Var idi bir şəhrdə bir bəd pişik –Kim, yox idi bir belə mürtəd pişik.
Süleyman və qarğaBelə nəql etdi raviyani-kəlam –Ki, Süleyman nəbi əleyhi-səlam.
Xoruz və çaqqal hekayəsiSübh vəqtində bir qoca çaqqalAclıq etmişdi çox onu bihal.