Siçan və balası
Bir ədəd bikəmal bəççeyi-muş –Ki, hənuz olmamışdı sahibhuş,Görməmişdi ziyayi-dünyanı,Eyşü zövqü səfayi-dünyanı,Bir zaman bixəbər anasından,Çıxdı dışarı öz yuvasından.Seyr edərdi o kühu səhranı,Hər tərəf eyləyib tamaşanı.Ta ki oldu o xürdsalə əyan,Bir xürus ilə bir pişik o zaman.Pişiyi gördü oxşayır özünə,Xoş göründü pişik onun gözünə.İstədi eyləsin ona ülfət,Leyk qıldı xürusdən vəhşət.Qaçıban girdi öz yuvasına,Macəranı dedi anasına,Key olan rahəti-rəvanım ana,Ey təni-zarıma təvanım ana,Çıxmış idim bu gün səyahətə mən,Leyk oldum düçar möhnətə mən.Rast gəldim mən iki heyvanə,Üz verib qəm məni-pərişanə.Biri qayətdə xoşnüma idi,Sanki məhbubi-dilrüba idi.Bığlarında həcaməti var idi,Biz tək əslü nəcabəti var idi.Eylədim ülfətinə çox rəğbət,Leyk yarından eylədim vəhşət.Ku-kələk açdı hərzəvü pürmu,Hər zaman eyləyirdi quqqulu-qu.Gah qanadlarını döyürdü yerə,Xişm edəndə dönürdü şiri-nərə.Vardı başında şöleyi-atəş,Ürəyim ondan eyləyirdi ğəşş.Dedim: - Ey tarı, ver qanad mənə,Ver bu bədbəxtdən nicat mənə.Qaçıb ol xəsmdən məni-qafilŞükr oldum yuvamıza daxil.Olmasaydı əgər o pür pərü bal,Mənə hasil olurdu yarə vüsal.Dedi: - Ey novrəsideyi-madər,Rahətü nuri-dideyi-madər,Vəhşətin biməqamü bicadır,Ol xürusi ki, rəğbət-əfzadır –Ki, onun yoxdu bir ziyanı bizə,Bəlkə var rahəti-rəvanı bizə.Sübh vəqtində tez durub bannar,Annıyanlar işarəsin annar,Sənə amma o xoş gələn heyvanDüşməni-muşdir mühili-zaman.Ey bala, ondan ehtiraz eylə,O mühil ilə ülfət az eylə.Cəfər, ey sərvi-bustani-pədər,Güli-xoşətri-gülsitani-pədər,Var elə şey ki, xoşnümadı sənə,Leyk batində bir bəladı sənə.Var elə şey ki, xoş gəlir gözüvə,Leyk anın ziyanı var özüvə.Necə kim, “Dastani-bəççeyi-muş”.Oxusan eyləyər səni mədhuş.
Kitabxana.az · https://kitabxana.az/ru/works/seyid-ezim-sican-ve-balasi
Другие произведения автора
Стихи других поэтов
Getmənəm obağdan, çıxmasın adın sənin,Söylənməsin heç bir yerdə yeməli zadın sənin,
YadigarSallanıb-sallanıb naz ilən gedən,Yarəb, bilmənəm kimin nazlı yarıdır,
OynarYenə fəsli-bahar olmuş məgər badi-bahar oynar,Dəyər hər ləhzə gül üzdə pərişan zülfə, tar oynar.
Gəraylı: Ala gözlü nazlı dilbərAla gözlü nazlı dilbər,Vaxtın keçər demədimmi,