Dedi Pərvizə kim, bir əhli-xidəm;Sənə çox oxşayır filan adəm.Başına qoysa tac, vursa kəmər,Ona Pərviz söylər əhli-nəzər.Şəh tələb qıldı ani dərgahə,Gördü kim, həqqi, oxşayır şahə.Dedi ol şəxsə kim, anan gəhü gahBizə dəllallikdə tapmış rah.Çox süxənsənc şəxs idi o fəta.Yer öpüb, söylədi ki, ey ağa,Basmayıbdır anam hərimə qədəmHərəmə var imiş atam məhrəm.Hərəmi-şahın abiyarı idi,Gənci-pünhan xəzinədarı idi.Şahə xoş gəldi ol cəvabi-dilir,Verdi ənam, etməyib təzir.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов