Nə qədər gər ola bu çərxi-cəfacudə bəla,Olmaz ol qədr ki, var ol büti-bədxudə bəla.

Nə bəlalər gətirir başıma çeşmin, ya rəb,Nə qədər var imiş ol nərgisi-cadudə bəla.

Xətü xalü səri-zülfündən olub qan könlüm,Kim görübdür bu qədər ləşkəri-hindudə bəla.

Mərdümi-didələrim rəncədi əşk içrə müdam,Rəsmdir, kim ki qəriq olsa çəkər sudə bəla.

Ey könül, zülf ilə əbrusuna meyl etmə ki, varÇini-zülfündə xəta, ol xəmi-əbrudə bəla.

Tapacaqdır məni hər yerdə kim, olsam guya,Olmasam mən, qalacaqdır qəmü qayqudə bəla.

Макта — последний бейт с тахаллусом поэта. Görməmək yarı bəla, görməgi qeyr ilə bəla,Seyyida, düş, yıxıl öl, o da bəla, bu da bəla!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви