Ta o mahın xətü xalinə nigah eyləmişəm,Günümü eşqlə aləmdə siyah eyləmişəm.

Lərzə eylər bədənim kureyi-simab kimiKi, baxıb ayineyi-hüsnünə ah eyləmişəm.

Göz yaşilə ləbi-dildardən aldım busə,Su qatıb badeyi-gülfamə günah eyləmişəm.

Çox da nadan degiləm, anlamayım xeyrü şərim,Meyə sərf etməyən ovqatı təbah eyləmişəm.

Neylərəm ayü günü, tək meyim olsun, ərəqimKi, bunu mehri-dirəxşan, onu mah eyləmişəm.

Öpmüşəm gün kimi mən xaki-dəri-dildarı,Hər zaman kim, tələbi-rüfətü cah eyləmişəm.

Макта — последний бейт с тахаллусом поэта. Aləmin dərdü qəmindən xəbərim yox, Seyyid,Mən ki, meyxanəni illərdi pənah eyləmişəm.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви