Yar eyləsə üşşaqi-diləfkarə ədavət,Mümkün degil aşiq eləsin yarə ədavət.

Gər qanımı içsə mənim ol dilbəri-xunxar,Mən kafir olum, etsəm o xunxarə ədavət.

Xar etmə məni hicrin ilə, ey güli-bixar,Gülşəndə hacan gül eləyib xarə ədavət?!

Səlmanınam, ey Əhmədi-Muxtari-zəmanə,Səlman eləməz Əhmədi-Muxtarə ədavət.

Bir kərrə ədavət eləsəm mən sənə, ey gül,Yüz kərrə edim Heydəri-Kərrarə ədavət.

Bülbül gülə eylər gilə, ey novgüli-rəna,Hərgiz eləməz gülşənü gülzarə ədavət.

Yandırdı gecə şəmi-şəbistan pərü balın,Pərvanə haçan etmiş idi narə ədavət?

Макта — последний бейт с тахаллусом поэта. Könlümə dolub mehrin, ədavət yeri yoxdur,Tək sən eləmə Seyyidi-biyarə ədavət.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви