Çünki siçanlar bu sözü etdi guş,Getdi fərəhdən hamıdan əqlü huş.Söylədilər bəs ona ənam edək,Töhfeyi-layiq ona ikram edək.Yeddi siçan eylədilər intixab,Hər biri bir xosrovi-malikriqab.Gər biri bir taifəyə kətxuda,Hər biri bir kəşti üçün naxuda.Hər birisi başə alıb bir təbəq,Gün kimi hər yanə salırdı şəfəq.Pişkəşü töhfeyi-əlvanlər,Tazə fətir, yağlı olan nanlər.Bərreyi-büryanü pənirü kəbab,Firnivü dolmavü ciyər, həm şərab.Misli-qulamani-dəri-padşah,Mədhkünan, nüktəsəra, üzrxah,Məscidə gəldi, hamısı çəkdi səf,Gördü bunu abidi-sahibşərəf.Eylədilər cümlə səlamü səna,Söylədilər əcz ilə: – Ey parisa,Gərçi bular türfə bəzaət deyilPişkəşi-layiqi-həzrət deyil,Sən kərəmi-lütf ilə eylə qəbul.Rədd eləmə bizləri xatir-məlul.Çünki pişik gördü bu keyfiyyəti,Nazü nəimi, o gözəl neməti,Söylədi, key bəxti-qəra muşlər,Ey qəmi-dünyayə olan tuşlər,Guşeyi-taətdi məqamım mənim,Günci-qənaətdi məqamım mənim;Surəti-halımı o xaliq bilir,Hər gecə göydən mənə ruzi gəlir.Yoxdu sizin nanuvuza hacətim,Həqq özü amadə edib qismətim.Çox gecələr qalmış idim ac mən,Sübhə kimi löqməyə möhtac mən.Səbr elədim aclığa, axır xudaQıldı mənə rizqi-firavan əta.Künci-ibadət nə gözəl cay imiş,Tərki-cahan dövləti-dünya imiş.Ol ki görə ruziyi-həq ləzzətin,Neyləyir axır o siçanın ətin?!Siz gedin, asudə olun sübhü şam,Güşti-siçan gürbəyə olmuş həram.Siz dəxi anbarləri sökməyin,Salim olun, ruzi qəmin çəkməyin.Mən tək edin taəti-həqqə qiyam,Göndəri xaliq sizə göydən təam.İndi gəlin, cümlə öpün əllərim,Ey çəməni-nazdə sünbüllərim.Çün bu nəsihətləri guş etdilər,Xövfə düşüb cuşü xüruş etdilər.Bid kimi cümləsi lərzan olub,Hər biri bir surəti-bican olub,Gəldilər öpsünlər onun dəstini,Açdı siçanlara pişik şəstini.Beş siçanı eylədi zalım şikar,Zülmü cəfa oldu yenə aşikar.Hər əlinə iki siçan mübtəla,Bir siçanı ağzına aldı həla.İki siçan qaçdı, qutardı başın,Seyl kimi cari edib göz yaşın.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов