Sualın cavabı
Ey büti-gülrüxü sənubərqəd,Yarın olsun sənin xudayi-əhəd.Verməsin qəm sənə xudayi-cahan,Olasan şadü xürrəmü xəndan.Dün sual eylədin ki, ey novrəs,Olumu heç dərdsiz bir kəs?Ey rəfiqi-şəfiqi-ruhani,Sənə qurban bu Seyyidin cani!Dərdsiz kimsənə deyil insan,Nə bilir dərdü möhnəti heyvan.Hər kimin fəhmi çoxdu – möhnəti çox,Hər kimin əqli yoxdu – xiffəti yox.Dəhri-dun möhnəti nümayandır,Qönçələr bağrı növbənöv qandır.Gah geyər səbzələr libas əlvan,Gah olur novbahar, gah xəzan.Gah verir səbzəyə baharı bahar,Gahi üryan qılır o zarı bahar.Xah heyvan, cəmadü xah nəbatHərə bir möhnəti qılır isbat.Yoxdu bir kəs ki, dərdü qəm çəkməz,Hanı ol kimsə kim, ələm çəkməz.Ənbiyalər çəkiblə möhnətü qəm,Birinin könlü olmayıb xürrəm.Hükəmalər olub əsiri-bəla,Filosufani-əsr çəkdi cəfa.Verdilər zəhri-nab Sokratə,Nə cəfalər olubdu Buqratə,Nari-Nəmrudu gördü İbrahim,Zəkəriyya ağacda oldu dünim.Yusifi çərx saldı zindanə,Düşdü dərdü bəlayi-ixvanə.Nə bəlayə düçar olub Əyyub,Nə cəfalər çəkib dili-Yəqub.Çəkdi yüz gunə qəm şəhi-Bətha,Mahi-rəxşan, leylətül-əsra.Bu qəbil, ey nigari-məhpeykər,Övliyalər çəkib bəla yeksər.Sənə zahirdü nəqli-Kərbübəla –Ki, çəkib şahi-Kərbəla nə bəla.O vəsiyyət ki, qıldı İskəndərSənə eylər kifayət, ey dilbər.
Kitabxana.az · https://kitabxana.az/ru/works/seyid-ezim-sualin-cavabi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ey arizi əhli-nəzərə Kəbeyi-ülya,Kəbə sənə şeyda.
“Beytüssəfayə”Şirvanə səni eylərəm, ey namə, rəvanə,Dön abi-rəvanə.
Dünyadə cəfasız bizə bir yar tapılmazDünyadə cəfasız bizə bir yar tapılmaz,Dildar tapılmaz.
“Beytüssəfayə”Ey dustlər, ol sərvi-xuraman sizin olsun,Canan sizin olsun.
Стихи других поэтов · О любви
Aç qara zülfünü ta səfheyi-ruxsarı tuta,Xoş olur sünbül əgər açıla gülzarı tuta.
Mürəbbe: Hər kimin dünyada yarı mərd olaHər kimin dünyada yarı mərd ola,Aşiqindən qılmaz qət'i-məhəbbət,
ÜrəkDeyirlər: uçsa ürək, qopsa candan,ölər insan.
Qəzəl: Yıxır viranəmi gərdun sanır kim xanimandır buYıxır viranəmi gərdun sanır kim xanimandır buNə bilsin kim qanatsız quşlar üçün aşiyandır bu