Ey arizi əhli-nəzərə Kəbeyi-ülya
Ey arizi əhli-nəzərə Kəbeyi-ülya,Kəbə sənə şeyda.Kuyündü Mina aşiqə, yox-yox, dəxi əla,Qurban sənə dünya!Nazik bədənim, mahvəşim, bu nə səfərdir,Həngami-xətərdir.Hala ki, edib mehr Əsəd bürcünü məva,Var şidəti-gərma.Gün qarşısına çıxma ki, niylufəri-tərsən,Əfsürdələnərsən.Sərçeşmeyi-çeşmimdə gərəkdir sənə sükna,Ey gözləri şəhla.Ta yetməyə nazik tənüvə tabi-hərarət,Ey mahi-məlahət.Hər ləhzə günə pərdə çəkir göydə Məsiha,Ey şahidi-rəna.Ol bərgi-səmən tək ayağın qoyma rikabə,Salma məni tabə.Qurbanın olum, payi-lətifin çəgər iyza,Ey laleyi-həmra.Nazik bədənin qərq eləmə aləti-cəngə,Əl vurma tüfəngə.Çiynində tüfəng bağı əgər zəxm edə peyda,Ölləm məni-rüsva.Xəncər nə rəvadır, gözəlim, muy miyanə,Salma məni qanə.Şaxi-qətəri çəkmə gəl ağuşuva, yara,Ey yari-dilara.Gər qeyr eləyə Beyti-xudavəndi ziyarət,Həm eyləyə ricət.Pişvazə nə lazım çıxasan, ey büti-ziyba,Vey şahidi-yəğma.Ey gül, sən özün Kəbeyi-ərbabi-səfasən,Həm nuri-xudasən.Xali-siyahindir Həcərül-əsvədə həmta,Ey mayeyi-sövda.
Kitabxana.az · https://kitabxana.az/ru/works/seyid-ezim-ey-arizi-ehli-nezere-kebeyi-ulya
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Aşiqəm, aşiqəm nigarə qəsəm,O siyəhçeşmi-pürxumarə qəsəm.
Ta o mahın xətü xalinə nigah eyləmişəmTa o mahın xətü xalinə nigah eyləmişəm,Günümü eşqlə aləmdə siyah eyləmişəm.
Dedim ki, yarə qəmi-hicr dasitanı yazımDedim ki, yarə qəmi-hicr dasitanı yazım,Məlalü dərdi-dili-zarü natəvanı yazım.
Səndən ey Kəbeyi-üşşaq, səfa görmüş idimSəndən ey Kəbeyi-üşşaq, səfa görmüş idim,Əhli-eşqi səri-kuyində fəda görmüş idim.
Стихи других поэтов
Rəhmə gəl, eyləmə bu könlümü viran, qara göz,Qorx xudadan, bu qədər eyləmə tüğyan, qara göz,
Çığalı müxəmməsDilbər, sənin ol gülşən-ü gülzarına qurban,On dörd gecəlik ay təki ruxsarına qurban,
GəlmişəmAman Allah, çərxi-fələk əlindənQəmlər çəkib axır canə gəlmişəm
AğlaramÇərx fələk məni qıldın divanəAyrı saldın yarı anıb ağlaram