“Beytüssəfayə”
Şirvanə səni eylərəm, ey namə, rəvanə,Dön abi-rəvanə.Çək şölə, tutub bəzmi-əhibbadə zəbanə,Gəldikdə zəbanə.Ol məclisə kim, ruhül-əmin almasa rüsxət,Yox girməyə fürsət.Torpağə düşüb əczlə üz qoy o məkanə,Tap anə bəhanə.Zuinin ayağından öpüb kəsbi-ziya qıl,İzhari-səna qıl.Əhvalımı çək Bixudə rəmz ilə bəyanə,Şərh eylə əfsanə.Ol vəqt ki, halım elədin Qafilə izhar,Bir gizli sözüm var;Əhbabda məhrəm odu bu sirri-nihanə,Kəşf etmişəm anə.Ol kakili-müşkinə elə ərzü səlamım,Çək əcz ilə namım.Sərbəstə deyim, yəni filan ibni-filanə,Ol cani-cahanə.Ol qaşı kəman, kiprigi ox yarımı görsən,Dildarımı görsən,Təqriblə söz aç, məni ol qaşı kəmanəVer böylə nişanə:Kim, sən büti-Leylayə giriftar olan aşiq,Bimar olan aşiq,Məcnunə dönüb, aləm ara oldu fəsanə,Məğlubi-zəmanə.Şəmə dolanır yad edib ol arizi-alı;Parvanə misalı.İstər səni, hər ləhzə, gəzər xanəbəxanə,Ey dürri-yeganə.Ey dustlər, ol şux ilə içdikdə şərabı,Cami-meyi-nabı,Bir yadə salırsız məni-avarəni, ya nə?Qaldım yana-yanə.Siz rahət ilə ləzzət edin beyti-Səfadə,Seyyid bu bəladə.Döndü cigərim firqətinizdən dəxi qanə,Yox təndə təvanə.
Kitabxana.az · https://kitabxana.az/ru/works/seyid-ezim-beytussefaye
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Eşitdim ta qiyamət qamətindən bir əlamətdir,Qiyamət həsrətindən hər günüm yüz min qiyamətdir.
Ruzi-qətli Seyyidin eylər neçin yar iztirabRuzi-qətli Seyyidin eylər neçin yar iztirab,Gər bu məzlumə o şuxi-səngdil qatil degil?
Hər zaman derlər ki, qıl bir tazə dilbər arizuHər zaman derlər ki, qıl bir tazə dilbər arizu,Padşalıq etmişəm ki, pasibanlıq bilməzəm.
Qeyrlər meyl etməgindən yarə bihal olmuşamQeyrlər meyl etməgindən yarə bihal olmuşam,Bəs nolur halım mənim ol meyli-əğyar eyləsə.
Стихи других поэтов
Əlhəmdülillah, fikrimdir Allah,Fikrimdir Allah, əlhəmdülillah.
EləsinBir kimsə yox izhar edim dərdimi,Deyim, dursun dərdə dərman eləsin.
Tiflisin TərifiMəcmu hər vilayətdən ağırdı dağı TiflisinBahar çağı cənnətə oxşuyur bağı Tiflisin
Xəbər verBadi-səba, apar mənim peyğamım,Başın üçün o dildara xəbər ver.