Gördü bu keyfiyyəti ta bir siçan,Oldu siçan fövcünə müjdərəsan.Söylədi ki, müjdələr olsun sizə,Bəxt olub, şükr ki, yavər bizə.İndi pişik tazə müsəlman olub,Eylədiyi zülmə peşiman olub.Qüsl eləyib tazə, alıb dəstəmaz,Abid olub xaliqə eylər niyaz.Əhd eləyib tutmaya hərgiz siçan,Gərçi acından verə dilxəstə can.Məscidə, mehrabə gətirmiş pənah,Eylədiyi zülmə olub üzrxah.Gündüz oruc, gecə ibadət qılır,Xaliqə sidq ilə itaət qılır.Səbheyi-səddanə götürmüş ələ,Məscidə övradı salıb qülqülə.Rahi-ibadətdədi çapük qədəm,Yetməz onun gərdinə şeyxül-hərəm.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов