Pişiyin hiyləgərliklə tövbəsi
Çünki siçanı yedi ol hiyləgər,Tövbə üçün məscidə etdi güzər.Abid olub aldı ələ dəstəmaz,Ta eləyə xaliqə razü niyaz.Aldı ələ səbheyi-səddanəni,Tutdu rəhi-abidi-fərzanəni,Söylədi: – xaliqi-ərzü səma,Çoxdu günahım, onu əfv et manaQan eləyib qapuva gəldim dəxil,Əfv elə təqsirimi sən, ya cəlil!Tövbələr olsun sənə, ey girdigarQılma məni ruzi-cəza şərmsar!Bir siçan öldürmüşəm, ey padşah,İstəyirəm tövbeyi-üzri-günah!Feyzi əmimin mənə olsun kömək,Paylayaram mən iki batman çörək.Gərçi acımdan çıxa canım mənim,Ərşə çıxa ahü fəğanım mənim,Tövbələr olsun, yemərəm mən siçan!Ömr elərəm xəstəciyər, bağrıqan.Həm bu sifət tövbə edib ağladı,Lalə kimi sinəsini dağladı.Şüğlü onun naləvü fəryad idi,Tülkü kimi hiylədə ustad idi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/seyid-ezim-pisiyin-hiylegerlikle-tovbesi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bir vəqti-xocəstə, hiyni-xürrəm-Kim, talib idi könül dəmadəm.
Bir məktuba cavabDusti-girami, sənə olsun səlam!Sənsiz olub eyş bizimçim həram.
Bir nəfər dostaƏla, ey sərvəri-niku-xəsail-Ki, səndəndir fəxarət ruzigarə.
Cahil ata ilə alim oğul hekayəsiBir təvangər əvami-dəryadilGöndərir oğlun elm edə hasil.
Стихи других поэтов
Ah çəkib qan yaş tökrəm,Səndən ötrü maral gözlüm,
Baş qoyub dərgahına pabusdən etdi mültəməsBaş qoyub dərgahına pabusdən etdi mültəməs,Bən gədayi gör ki, taci-səltənət qıldım həvəs.
QızAşiq oldum mən sənə, ey gözləri məstanə qızNə qədər ki istərəm məndən durarsan yanə qız
Sufiyə səf ol bu gün çün rəh-i ərkan səndədirSufiyə səf ol bu gün çün rəh-i ərkan səndədir,Çünki tövhid əhlisən, din ilə iman səndədir.