Bir vəqti-xocəstə, hiyni-xürrəm-Kim, talib idi könül dəmadəm.Bir qasidi-xoşxəbər, hünərvər,Yəni rəvişi kəmali-şəkkər,Cünbani-səlasili-müvalat,Həm baniyi-xaneyi-məalat,Ramidehi-xatiri-rəmidə,Şadidehi-qəlbi-qəmrəsidə,Məktubi-şərifini gətirdi,Dildən qəmü qüssəmi götürdi.Nə namə ki, məhz ruhə rahət,Sərməşqi-fəsahətü bəlağət!Dil bəzmini eylədi münəvvər,Can bağını qıldı tazavü tər.Bər verdi ümidimiz nihali,Dil mənzili qəmdən oldu xali.Məzmunu çün oldu cümlə məfhum,Rəf oldu könüldə dərdi-məğmum.Təsnimi-həvayi-inbisatı,Açdı dil ara güli-nişatı.Hər nüktə ki, olmuş idi izhar,Dil oldu qamusuna xəbərdar.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов