Şəklimizi qoydum bu gün qabağıma,gülüşlərin gəldi birdən qulağıma,sənin şeir deməyini xatırladım,“Eniyor, çıkıyor kayık”sandım biz də qayıqdayıq.

Şeir dedin sən o gecəaram-aram,heç bilməzdimölümünəbu gün şeir yazacağam.İstəyirdim, məktub yazam üç-dörd günə,sən gələsənbarı beş-on günlüyünə.Azərbaycan dağlarını gəzəsən bir,görəsən bir,duz-çörək də kəsəsən bir.

Biz son dəfə görüşmədik,qucaqlaşıb öpüşmədik.Mən bilsəydim,son gedişin olacaqdı,çox saxlardım o gün səni.

Mən bilsəydim,biz əbədi ayrılırıq,qucaqlardım o gün səni.Qollarımın arasında saxlayardım,gözlərimin –bu ağında, qarasında saxlayardım.

Aman Nazim!Ata, – deyib mənə baxır körpə qızım.İlk dəfədir gözlərimdə o yaş görür,doluxsunub bərk hönkürür.O hələ lap körpə ikən,qucağına almısan sən.Şəkliniz var.Saçınızı qarışdırıb əsən külək,gülürsünüz ən bəxtəvər adamlar tək.İndi mənim qucağıma qısılmışdırbu körpə quş.İndi bildim, bu yazıya pozu yoxmuş.

“Mən yanmasam,sən yanmasan,biz yanmasaq,Necə çıxarqaranlıqlar aydınlığa?”Yandın Nazim!Yana-yana bağırdın sən,bütün Şərqi çağırdın sən.Qulaqlarda qalıb səsin,düz deyiblər:ölüm çox da sevinməsin! –Sən ölmədin,yer dəyişdin ulduz kimi şütüyərək.Səndən dediyağan yağış,qopan tufan,əsən külək.

Sönəndə də sən parladın.Oğlum olsa, qoyulacaq sənin adın.Qoy eşqinimin millətin ürəyində arasınlar,Nəfəsini bu dağlarınküləyində arasınlar.Sən ölmədin...Aman Nazim!gör dilimə nələr gəlir.Yox, yazmıram,şerin sonu kədər gəlir.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов