Şirvan xatiratı
Rövşənayi-leyldə bir xərabəzarın mənzərəsi
Mehtab bir şəb idi, hava müşkbar idi,Afaqə nur axardı, səma ləm'əzar idi.
Azadeyi-küdurət idi səhni-asiman,Dahilərin xəyalı kimi tabdar idi.
Tabişgahi-həqiqət olan lövhi-kainat,Mir'ati-şə'ni-aliheyi-ruzgar idi.
Safiyyəti-fəzaya axanlar sanardı kim,Ayinədir fəza, qəmər əksi-nigar idi.
Bir tərzi-nəşvəzadə məsabihi-xəndəriz...Bilsən, ziyaları nə qədər dilşikar idi!
Bənzərdi asiman sədəfi-dürrpərvərə,Səyyarələr içində düri-şahvar idi.
Dəryayi-bihüdud idi çərxi-zümürrüdin,Könlüm misalı mövczənü biqərar idi.
Bəhri-zümürrüdində bu fəvvareyi-ziya,Yə'ni ki, mah aləmə pərtövnisar idi.
Ə'maqi-ruhdən gəliyordu həzin səda,İlhami-qeybə qarşı dilim guşdar idi.
Cəbrili-ruh, rəfrəfi-qüdsaşiyanənin –Tutmuş zimamın, əzmgahi bəzmi-yar idi.
Fikrim sarındı rəfrəfi-lahütmənzərə,Pərvaz qıldı məhşəri-əsrarpərvərə.
Seyr eylədim bu aləmi-balayi-vəhdəti,Zibi-nigahi-ibrətim əsrari-yar idi.
Gəzdi, dolaşdı rəfrəfi-ruhim cahanları,Məşhud olan sərair ilə nəş'ədar idi.
Birdən-birə göründü gözə bir xərabəzar,Görsən nə qəmli mənzərələr aşkar idi!
Kaşanələr yıxılmış idi, xanələr xərab,Sükkanının dərunu kimi tar-mar idi.
Əhli-vətən qünudeyi-xabi-giran həp,San mürdəgani-cəhlə vətən bir məzar idi.
Səs yox, sükutə dalmış idi növmpərvəran,Asari-ruh yox, vətənim səngzar idi.
Bir qaç səfil xanədə vardı sönük ziya,Bu külbələr ləbaləb əhli-qumar idi.
Əks eyləyən qulağa sədayi-kilab ilə –Avazi-nifrətavəri-əhli-xumar idi.
Bəngilərin, bu bir sürü ərbabi-qəflətinHali-səfalətilə gözüm giryəbar idi.
Gönlümdən atəşi-qəm olurdu şərarəpaş,Ağzımdakı bu şe'rlər atəşnisar idi:
Bir gülşəni-maarif idin, ah ey vətən!Nuri-fəzilət ilə ləyalın nəhar idi.
Şairlərin, o sevgili rəhbərlərin sənin –Xaqani idi, Seyyidü Bixud, Bahar idi.
Zinətfəzayi-məhdi-ədəb, əhli-mə'rifət –Kim, hər biri ədibi-fəzailşüar idi.
Bülbül yerində indi oturmuş idi zəğan,Bülbüllərin məzarda söylər: "vətən, vətən!.."
Kitabxana.az · https://kitabxana.az/ru/works/hadi-sirvan-xatirati
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bəşarət, əyyühəl-ixvan, bu gün bir eydi-zişandır,Könüllər, ruhlər nəvvari-ülviyyətlə rəxşandır,
Təraneyi-milliÇirağı-müzlimi-ümmid işıqlanmazmı, yanmazmı?Siyəhru bəxtimiz ğədrü cəfasından utanmazmı?
Təsviri-bədayeBu sün'gah nədir? Zadeyi-təbiətdir –Ki, hər səni'əsi heyrətfəzayi-fikrətdir.
Təxəttüri-maziBir zaman, ah ki, bir tair idim azadə,Əcəba, kim məni saldı bu xərababadə?