Bəşarət, əyyühəl-ixvan, bu gün bir eydi-zişandır,Könüllər, ruhlər nəvvari-ülviyyətlə rəxşandır,Məhəbbət nuru parlar, çöhreyi-millət dirəxşandır,Bu gün asari-şəfqət kainatə pərtövəfşandır,Müqəddəsdir, mübarəkdir, böyükdür, ruzi-pürşandır.Bu gündə seyyidül-kövneyn islamə sələm eylər,Vifaqi-millətə gördükcə ərzi-ibtisam eylər.

Bu gün beyti-müəzzəm nöqteyi-icma'i-ümmətdir.Məali-həccdən məqsəd nədir? Şurayi-millətdir.Buyurmuş seyyidi-aləm: cəmaət feyzü rəhmətdir,Bu gün islamiyan ləbrizi-şəhdabi-məsərrətdir,Bu gündə seyyidül-kövneyn islamə sələm eylər,Vifaqi-millətə gördükcə ərzi-ibtisam eylər.

Bu gün qurban kəsir eşq əhli meydani-məhəbbətdə,Durub səfbəsteyi-hörmət cəmaət babi-izzətdə,Açıb dəsti-təmənna, gözləri rəhmü inayətdə,Yağar barani-rəhmət olsa istehqaq ümmətdə,"Durur ehkami-nüsrət ittihadi-qəlbi-millətdə".Bu gündə seyyidül-kövneyn islamə sələm eylər,Vifaqi-millətə gördükcə ərzi-ibtisam eylər.

Səlahi-hali-millət bəsteyi-həblül-üxüvvətdir,Əsasi-şövkətü izzət vifaqi-paki-ümmətdir,Vifaq ərbabı ən məs'ud, ən sətvətli millətdir,

Nifaqü büğz insaniyyətə layiqmi xislətdir?Binayi-şər'imiz ədlü müsavatü mə'vəddətdir.Bu gündə seyyidül-kövneyn islamə sələm eylər,Vifaqi-millətə gördükcə ərzi-ibtisam eylər.

Edin nuri-təməddünlə münəvvər qəlbü vicdani,Qılın nəşri-maariflə müzəyyən baği-imkani,Vətən övladı etsin iqtibasi-feyzi-ruhani,Cəhalət dərdinin yox mə'rifətdən qeyri dərmani,Maarif eyləyir ayineyi-idrakı nurani,Bu gündə seyyidül-kövneyn islamə sələm eylər,Vifaqi-millətə gördükcə ərzi-ibtisam eylər.

Mədari-fəxri-islam Bu Əlilər, Fəxr Razilər,Edən "Ehya ülumiddin"i Mövlana Qəzalilər,Cahanə naşirül-ənvar Rumilər, Sənailər,Fəzayi-feyzə bəhcətbəxş Sə'dilər, Bəhailər,Maarif bağının məsuludur iştə bu dahilər.Bu gündə seyyidül-kövneyn islamə sələm eylər,Vifaqi-millətə gördükcə ərzi-ibtisam eylər.

Bu dahilər edib tə'lif min asari-ürfani,Rəhi-ürfanə bunlar eyləmiş irşad dövrani,Edək dərxatir ol əsri-maarifhəsri-zişani,O parlaq dövrdə keçmiş idik əmsalü əqrani,Üxüvvət ilə ehraz eyləmişdik rütbəvü şani.Bu gündə seyyidül-kövneyn islamə sələm eylərVifaqi-millətə gördükcə ərzi-ibtisam eylər.

Bu gün səhrayi-qəmdə qəlbi-aşiq tək pərişanız,Yox əldə maya, bazari-cahanda əhli-xüsranız,Yetib həmrahlar mətlubə, biz qəflətdə puyanız,Bu gün şayani-ehsan bir ovuc ərbabi-üsyanız,Açıl, ey babi-rəhmət! Müstəhəqqi-feyzi-qüfranız.Bu gündə seyyidül-kövneyn islamə sələm eylər,Vifaqi-millətə gördükcə ərzi-ibtisam eylər.

Dəyanətpərvəran həbli-xudayə e'tisam eylər,Mühübbi-mülkü millət ittifaqə ehtimam eylər,Vifaq olduqda əbnayi-vətən ehrazi-nam eylər,Üxüvvət ilə hər kəs iktisabi-ehtişam eylər,Şu miskiyyül-xitam ilə qələm xətmi-kəlam eylər.Bu gündə seyyüdül-kövneyn islamə sələm eylər.Vifaqi-millətə gördükcə ərzi-ibtisam eylər.

8 zilhiccə (24 yanvar)

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине