[Rəşad]! Ey mayeyi-arami-canım!Sənə ayinədar olmuş cinanım.

Bu rəsmin düşdü dəsti-ehtiramə,Gətirdi ruhumu şövqü qəramə.

Olub rəsmin mənə pirayeyi-dəst,Vüsalın nəş'əsilə ruh sərməst.

Nə amalın ki, könlündə nihandır,Onu təfsirə çeşmin tərcümandır.

Nədir, yarəb, bu mə'nidar gözlər!Nə canpərvər bu əfsunkar gözlər!

Nə lahuti-nigahi-dilrübadır!O məs'umanə gözlər şövqzadır.

Cəbinində mücəssəm nuri-hikmət,Səni əhsən yaratmış dəsti-qüdrət.

Fəqət aldanma yalnız hüsni-anə,Çalış tənviri-əfkarü cənanə.

Oxu, təhsil qıl adabü irfan –Ki, ta olsun münəvvər fikrü vicdan.

Oxu, ehraz qıl adabü irfan –Ki, ta olsun münəvvər fikrü vicdan.

Oxu, ehraz qıl elmü kəmalət,Ələ düşməz, quzum, dövri-səbavət.

Rəşadın elmdir axır muradı,Bu amalında məsləkdaşı Hadi.

Əgər tabe isən fikri-rəşadə,Qədəmran ol da minhaci-sədadə.

Camalındır nəzərpirayi-vicdan,Nigahında nümayan feyzü ürfan.

Əgər könlüm ola bir an sənsiz,Həzari-dil qalar, san kim, çəmənsiz.

Qalırsa dil əgər biganə səndən,Yəqin bil ayrılır xülqi-həsəndən.

Neçin qəmli baxırsan kainatə,Mükəddərsənmi, bilməm ki, həyatə?

Həyat insan üçün bari-girandır,Bunu anlar o dil kim, nüktədandır.

Bunu şe'rindən aldım, yavrum, mən,O şe'ri-dilbərində söyləyirsən:

"Nişatım naqis, eyşim bisəmərdir,Mənimçün bir böyük, artıq kədərdir.

Yazıb qıldım bu məktubu rəvanə –Ki, hissiyyatımı çəksin bəyanə".

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов