Xitab eylər bizə bir mürğ, der: insanlar, insanlar!Nədir tutmuş cahanı nalevü əfğanlar, insanlar?!Neçin gülzari-insaniyyəti eylərsiniz ehraq?Nəyə lazım cahan bağında bu niranlar, insanlar?!Yanan kim, yandıran kim, nar olan kim, kül olan kimdir?Bütün ixvanınızdır sineyi-suzanlar, insanlar!Silinmiş lövhi-dildən sanki ixvaniyyət asarı,Görünməz hissi-şəfqət sizdə, ey ixvanlar, insanlar!Atılmış guşeyi-nisyanə nəssi-"təhkümu bil'ədl",Ədalətdən uzaqdır bu əbəs üdvanlar, insanlar!Cahanı təngnə eylərsiniz vicdanı-cahil tək,Nüfuz etməz cahana pərtovi-ürfanlar, insanlar!Yezidin dəsti tək qanla müləmmə'dir vətən ruyi,Səzadır ağlasa qan, çeşmi-əşkəfşanlar, insanlar!Cahanı titrədir ahü ənini qəlbi-məzlumun,Sizə tə'sirsizmi aləmi-lərzanlar, insanlar?Bu əlhanım nədəndir sizlərə bəxş etməyir tə'sir?Təhəccür etdimi yoxsa dilü vicdanlar, insanlar?!Könüllərdən olub nabud hər bir hissi-lahuti,Əsərbəxşa deyildir kimsəyə əlhanlar, insanlar!Nasıl razı olur səfki-dimayə hissi-ixvani?Bu fe'lə qarşı lə'nətxandır heyvanlar, insanlar!Sevərmi həzrəti-bari bu zülmi-xanimansuzi,Fəramuş oldumu həqdən gələn fərmanlar, insanlar?!Baxın çeşmi-həqiqətlə, cahaan bir qətlgah olmuş,Cəhalət eydinə kəsməkdəsiz qurbanlar, insanlar!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов