Gözlərin
Qıldı, ey ahu, məni vəhşi qəzali gözlərin,Etdi səhragərdi-cənnət laübali gözlərin.
Xanəbərduş eylədin zülfün kimi aşüftəni,Qıldı dil cəm’iyyətin məhv ol bəlalı gözlərin.
Taleim bənzərkən, ey afət, səbahi-hüsnünə,Eylədi halın kimi Şami Bilalı gözlərin,
Çeşmi-əfsunpərvərində vardır iste’dadi-cəzb,Dilrübadır, dilrüba, əfsunla mali gözlərin.
Etsə də tənzir, xovfum yox, məni şami-fəraq,Daima təbşir edir sübhi-visalı gözlərin.
Dideyi-səhharının vardır iki xasiyyəti,Gah səlbü gah cəlb eylər məlalı gözlərin.
Bunca kim, əhli-niyazə nazü istiğna satar,Ədlgahi-həqdə verməzmi sualı gözlərin?
Abidi-məscidnişini eylədin sağərbədəst,Eyləyir təhmil üşşaqə vəbalı gözlərin.
Mənəcə məchul idi hala rəmzi-“vəscüd, vəqtərib”,Bəndənə mə’lum qıldı bu məalı gözlərin.
Anlamazdım mən nədir dərd içrə əfvaci-xəyal,Eylədi rövşən, həqiqət, bu xəyalı gözlərin.
Hər zaman qılsam nəzər ayineyi-nəzzarənə,Pişi-çeşmə ərz edər ol məhcəmalı gözlərin.
Dideyi-xunbarımı gördükdə xab eylər fərar,Sübhü ərz etməkdə, mahim, ol ləyali gözlərin.
İnqilab ərbabı görsün çöhreyi-gülrəngini,Onlara ifham edər tərzi-qitalı gözlərin.
İnqilabiyyun olur həp zövqyabi-inqilab,Onlara bəxş etdimi zövqi-cidalı gözlərin,
Sanma eylər xovf Hadi tiği-istibdaddən,Çoxdan etmiş qətl onu, yarim, qitali gözlərin.
Kitabxana.az · https://kitabxana.az/ru/works/hadi-gozlerin
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Pay dər qeydi-əsarət yaşamaqdansa əgər,Hürr ölmək belə min vüsləti-dildarə dəyər.
El-fəryadıHürriyyət ilə millət edər kəsbi-məali,Hürriyyət ilə mülkün olur qiyməti ali,
Ey mütribeyi-dövri-təməddünÇal nəğmeyi-hürriyyətini, guş edəlim, çal!Sun badeyi-canpərvərini, nuş edəlim, çal!
Ey pəriyi-istiğna!Hicrin misalı canımı yandırdı vüslətin,Hirani-eşqdirmi behişti təbiətin?