Bil
Molla Pənah, ərzim sizə söyləyim,Mahallıqca biz düşmüşük dara, bil.Şadlığı axtaran biçarə kəslərHəmdəm olub yenə ahu-zarə, bil.
Valehəm, bu dərdə varmı, de çarə,İsgəndər bəy bizi salıb azarə.Var-dövləti çəkib tökdü bazarə,Biz rəiyyətik belə sitəmkarə, bil.
Kitabxana.az · https://kitabxana.az/ru/works/asiq-valeh-bil
Клавиши ← → для перехода, R — случайное стихотворение