Qayıt
“Bir qadın ömrünü girov qoymuşam,bir şair ömrünü yaşatmaq üçün”Sara
Tək çəkə bilmirəm can əzabını,sənsiz ürəyimi əzir ayrılıq.Mən zəngi basanda, sən aç qapını,bəxtimə çıxıbsan, qarşıma sən çıx!
Tək sənin səsinə həsrətəm evdə,susub dinləsəm də dostu, tanışı.Oğul-qız yanında mən təkəm evdə, –başqadır həyatda həyat yoldaşı.
Uşaqlıq yoldaşım, gözümün nuru,könlümün həyanı, ülfəti sənsən.Qalxsam, ailədə ata qürurum,Yıxılsam, dizimin taqəti sənsən.
Həyat çox sınadı xeyirdə, şərdə,mən dara düşəndə ilk həyanımsan.Sən “Nabat xalanın çörəyi”ndə dəmənim Fərəh adlı qəhrəmanımsan.
Yayın istisində – sərin günlüyüm,qışda od nəfəsin hərarət verir.Mənim məğrurluğum, ərköyünlüyümancaq sənə görə, sənə görədir.
Qayıt, adamları təzədən tanıt,səhvimin üstündə danla xəlvəti.“Mənsiz nə olacaq sənin axırın!” –bir də təkrar elə bu həqiqəti.
Evimin bəzəyi, qayıt evinə,pəncərə, döşəmə eləcə durur, –Nə qədər silirəm toz basır yenə,sənin sildiyintək heç təmiz olmur.
Bəzən qohumların yanır ürəyi,Deyirlər gəl çay iç, çörək ye, hərdən.Sənin bişirdiyin dadlı xörəyimən tapa bilmədim o süfrələrdən.
İlhamım, qələmim danışan deyil,qayıt, öz gözümdə itirəm sənsiz.Ünvan mənimkidir, ancaq elə bil, –özgənin evinə gedirəm sənsiz.
Qoşa hacıleylək yuvası olur,heç qaranquşu da tək qoymur həyat.Bütün canlıların dünyası olur, –sən mənim dünyamsan, dünyama qayıt.
Kitabxana.az · https://kitabxana.az/ru/works/neriman-hesenzade-qayit
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Yuxun qaçdı, evdə yata bilmədin,torpaqda yat, torpaq quzum, a laylay.
Daşı sevməliyik biz innən beləGül gətirdim, çiçək qoydum üstünə,*gül sənindi, yer sənindi, sən mənim.*
QızmazQadınsız ev soyuq olar,donar o evdə can, qızmaz.
Ömürlük geydirdi onu təbiətBir yarımpaltoda qalıb nəzərim,qadınlar üçündü, yumşaq dəridən.
Стихи других поэтов
Badi-səba, apar mənim peyğamım,Başın üçün o dildara xəbər ver.
Ey sitəmkar məni rüsvayi-cahan eyləmisənEy sitəmkar məni rüsvayi-cahan eyləmisənGözümün yaşını çün Dəclə ravan eyləmisən.
Ənbərin buyu əgər dolmuş o geysulərdəƏnbərin buyu əgər dolmuş o geysulərdə,Belə xoş buy dəxi olmaz o xoşbulərdə.
GörünməzGecə-gündüz həsrətində qalmışam,Ol sehmli tərlan hanı görünməz.