Yuxun qaçdı, evdə yata bilmədin,torpaqda yat, torpaq quzum, a laylay.Gizli-gizli ufuldadın, inlədin,Oyaq qalan yuxusuzum, a laylay.

Güzgü kimi zərif idi, gül üzün,insafdımı torpaq altda çürüsün?!Duman gəlsin, qəbristanı bürüsün,duman sənə örpək olsun, a laylay,Torpaq sənə döşək olsun, a laylay.

Yanımdaydın, yaşayırdıq bir babat,yuxularda gah doğmasan, gah da yad.Ayılıram – nə sən varsan, nə həyat,Yuxularda görüşənim, a laylay,Yaxın ikən gen düşənim, a laylay.

Laylay dedim, beşik dedim məzara,daş gətirdik, saldıq səni hasara.Ha yalvardım, ha çağırdım, ay Sa...ra!..Darıxanda həyanımız, a laylay,Ayrı düşən ünvanımız, a laylay.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине