Gül gətirdim, çiçək qoydum üstünə,gül sənindi, yer sənindi, sən mənim.

Yenə qəbristana düşübdü yolum,daş yonur, qum tökür burda ustalar.Anana başdaşı qoyurlar, oğlum,səndən xatirədir, məndən yadigar.

Oğlundan, ərindən...son borcumuzdu,qalan borclarımız bir yana qalsın.O, həyat aşiqi, o yer qızıydı,qoy ondan yer üstə nişanə qalsın.

Həyatda bir sirr var, inan ay oğul,bu sirr açılmayıb qədimdən bəri.Daşdan yonulubdu, anan, ay oğul,daşı sevməliyik biz innən belə.

Nə deyim, sağ olsun heykəltəraşı,gör necə düz verib o gözü, qaşı.Saçları örpəyin altından çıxıb,tək nəfəs verməyib, yadından çıxıb.

Bu sirdi, gör necə dəyişir insan,tanınır, tanınmır... yaxşı bax oğlum.Mənim daş qadınım, sənin daş ananbizi qoymayacaq daşlaşaq, oğlum.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе