Mən öz taleyimlə döyüşməliyəm,taleyim namərddi, vurur arxadan.Səninlə hər səhər görüşməliyəm,taleyim bir yana,sən bir yanasan.

Mənim nə qılıncım, nə qalxanım var,amma taleyimlə gəlsəm üz-üzə, –Uğrunda qoymağa hələ canım var,sən özün şahid ol döyüşümüzə.

Məni bərk izləyir hər addımbaşı,sızlayıb inləsəm, qəfildən vurur.Dostları qaldırır o, mənə qarşı,bütün düşmənlərim səfərbər olur.

Adım çəksələr bir məruzədə,orda vərəqləri qarışıq salır.İşığa can atsam,dönür zülmətə,zülmətin yoluna o, işıq salır.Uzaq ölkələrə səfər üstəyəm,yolumu, izimi yıxıb uçurur.Görür ki, qalxmışam,yəhər üstəyəm,atın ayağına o, çidar vurur.

Mənim məhəbbətim, mənim həyatım,azarın, bezarın tamam gedəcək.Mən öz taleyimi bir də tanıdım –Sən məni tək qoysan,o, təklənəcək,Bizim oyunumuz hələ çəkəcək.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О судьбе