Dusti-girami, sənə olsun səlam!Sənsiz olub eyş bizimçim həram.Gül açılıb, mövsümi-gülzardır,Bülbüli-xoşləhcə yenə zardır.Daği-dilin zahir edib lalələr,Sağəri-reyhanə dolub jalələr.Hüdhüd olub qasidi-şəhri-Səba,Müjdə verir aləmə badi-səba.Təxtə çıxıb bağdə sultani-gül,Zahir edib şövkət ilə şan gül.Sərv açıb bağdə xəzra ələm,Lalə olub xosrovi-mülkiƏcəm.Səfheyi-gülzar olubdur səfa,Bülbül oxur nəğməni sübhü məsa.Fərşi-zümürrüd döşənib gülşənə,Çümlə olub bağ müəttər yenə.Aç gözümi, səfheyi-gülzarə gəl,Az bu qədər möhnət ilə zarə gəl!Çək çəmənə Yusifi-dövranı sən.Kövkəbi-rəxşan, məhi-tabanı sən.Bas qədəmin, bağı elə payimal,Qalmaya gülzardə hərgiz cəlal.Seyyid ilən seyri-gülüstan elə,Düşməni-nadan ciyərin qan elə!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе