Ey dil, həzar şükr xəbər gəldi yardən,Olduq xilas dərdü qəmi-intizardən.

Fəsli-xəzan qəmin çəkən avarə bülbülə,Verdi səba xəbər o güli-novbahardən.

Ey məqdəmin fədası, bəlalər çəkir başım,Gəl, gəl ki, keçdi səbrü qərarım qərardən.

Et şadlıq gözüm yaşı, ol gülrüxüm gəlir,Xarü xəsi götür, kərəm et, rəhgüzardən.

Aləmdə bir gün olmadı ki, vəsli-yar iləBir kami-dil alam fələki-kəcmədardən.

Bilməm nə eyləyib ona eşq əhli kim, müdam,Bu çərxi-kinəvər ayırır yarı yardən.

Qoy, dönməsə müradımca çərx dönməsin,Minnət çəkən kişi degiləm ruzgardən.

Şükri-xuda ki, vadeyi-vəslində ol məhin,Şərməndə olmadım dili-ümmidvardən.

Макта — последний бейт с тахаллусом поэта. Getdi o gün ki, Seyyid, oxurdun bu misrəi:“Vahəsrəta, üzüldü əlim ol nigardən”.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви