Molla və çoban əhvalatı
Bir çoban rast gəldi mollayə,Görcəyin düşdü özgə sövdayə.Kəsdi ol mollanın qabağını,Qovzadı şəst ilə çomağını,Dedi: – Ey mövtü mərk əsbabı,Əhli-təzvirü mərdi-qullabi,Dəli şeytan deyir ki, bir dəyənəkMollanın zolla başına, zirək!Dedi molla ki, ey çobani-dəğəl,Dəli şeytan sözünə etmə əməl.Adəmi ol çıxartdı cənnətdən,Qıldı məhrum nazü nemətdən.Əhli-təzvirdir o şumü ləin,
**Həq buyurdu: – “Ləküm ədüvvi mübinə”.Tul qəflətdən ictinab eylə,Əqlə gəl, taət et, səvab eylə!Dedi: – Şeytan yenə deyir ki, manaEylə mollayə iki quzu əta.Çün eşitdi quzu adın mollaDedi: – Əhsən bu qövlə, namxuda!Gah bir bax sözünə şeytanın,Ta ki rahət ola dilü canın.Seyyida, gərçi sən də mollasən,Özüvü etmə böylə rüsva sən.Olma təmma, get qənaət qıl,Nəfsi-şeytanüvü məlamət qıl.İmtahanxanədir sərayi-sipənc,Bu tilismatda nihandır gənc.
Kitabxana.az · https://kitabxana.az/ru/works/seyid-ezim-molla-ve-coban-ehvalati
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bir zaman Turə Həzrəti-MusaAzim olmuşdu, ol kəlimi-xuda.
Sədi və xəsisSədi, ol köhnə bülbüli-ŞirazBu sifət eyləyib bu nəqli təraz –
Bir ərəbin Əlidən sualıBir ərəb Mürtəzadən etdi sual –Key sipehri-ülumü bəhri-kəmal,
Musa və çoban əhvalatıBir gün olmuşdu Həzrəti-MusaCanibi-Turi-pakə rəhpeyma.