Bir zaman Turə Həzrəti-MusaAzim olmuşdu, ol kəlimi-xuda.Nagəhan gördü bir nəfər üryan,Özünü xak-ara qılıbdı nihan.Möhnəti-fəqrə mübtəla idi səxt,Bərgsiz bir xəzanrəsidə dirəxt.Baş götürdü ki, ey kəlimi-xuda,Turdə qıl məni-fəqirə dua.Verə həq mən fəqirə sərmayə,Ta qılam çarə hərrü sərmayə.Atəşi-fəqrə hiç tabım yox,Yanıram narə, xürdü xabım yox.Turdə ta ki Həzrəti-MusaDövlət üçün o zarə qıldı dua.Həqq ona lütf qıldı sərmayə,Başına saldı feyzi-həq sayə.Gördü bir gün ki, Həzrəti-MusaXəlq olub cəm, var bir qovğa.Ol süxəndani-iyzədü mütəalSəbəbi-qilü qalı etdi sual.Dedilər ol cəmaət: – Ey Musa,Budur ol tirəbəxtü bisərüpa.Sən dua eylədin tapıb zəfəri,Məst olub öldürübdü bir nəfəri.Yekdilü yekcəhət səğirü kəbirBir nəfər şəxsi eyləyiblər əsir,İndi biz şərə göstərib ixlas,Tutmuşuq eyləyək o qanə qisas.Şərmnak oldu Həzrəti-Musa,O səbəbdən ki, etmiş idi dua.Qıldı iqrar həqq hikmətinə,Tövbələr etdi öz cəsarətinə.Dedi: – Gümrahlıq edər peyda,Çox kəsə ruzi etsə həqq əta.Atanın gərçi malı var büsyar,Zərər eylər oğuldu gər meydar.Seyyida, mülkü malı bari-xudaHər kəsə layiqincə etmiş əta.Çün deyilsən qədrdə sən qazi,Hökmi-təqdirə olgilən razi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов