Ol zamandan ki, etdi həft abaÜmməhat izdivacini peyda,Gəldi ondan vüc udə çox fərzənd.Bəzi biəqlü bəzi danişmənd.Mən dəxi bir yeganə fərzəndəm,Deyiləm naxələf, xirədməndəm.İki yüz əlli birdə bədi-həzar,Əsri-Sultan Məhəmmədi-Qacar,Rumə Əbdülməcid idi sultan,Oldu darül-viladətim Şirvan.Hansı Şirvan, o gülsitani-qədim –

**Konda Şirvanşəhilər oldu müqim.Nə Şəmaxi ki, onda İzzəddinNəzmdən zahir etdi sehri-mübin.Məsqətür-rəsi-paki-Xaqani,Hünərin Zülfüqari-bürrani.Nə Şəmaxi ki, onda sübhü məsaVerdi rüxsari-şeri-Bədr ziya,Nə Şəmaxi ki, onda təbi-BaharEtdi yüz min baharlər izhar.Qıldı Rusiyyə çün onu təsxir,Oldu rövnəqdə saniyi-Kəşmir.Olmuş ikən səfadə rəşki-cinan,Tapdı eynül-kəmaldən nöqsan.Etdi Şirvanı payimali-məlal,Rəcfətül-ərzü sədmeyi-zilzal.Xəlqi-Şirvan olub pərakəndə,Hər biri bir qəribə məskəndə.Dağılıb, şəhri qoydular bərbad,Etdilər Badkubəni abad.Qaldı bir parə bisərü saman –Ki, yoxuydu fərarə tabü təvan.İmperaturi-Rusi-valaşanƏhli-Şirvanə qıldı çox ehsan.Qıldı çox xanə xəlq üçün təmir,Leyk təqdirə olmadı tədbir.Əhli-Şirvan hənuz edəllər hesabKüreyi-ərzi qətreyi-simab.Müddəti-ömrdə məni-dilgirNeçə yol xanə etmişəm təmir.Eyləyib axirət evin bərbad,Eylədim xanimanımı abad.Vəzi-həml etdi çün məni madər,Pədərim dari-xüldə etdi səfər.Adımı qoydular çü Seyyid Əzim,Düşdü bəhri-qəmə bu dürri-yetim.Oldum ol gün ki, çardəh salə,Düşmədim fikri-dövlətü malə.Eylədim arifanə kəsbi-ülum,Gah Bəğdad məskənim, gah Rum,Eylədim Misrü Şamdə məva,Gah yerim Yəsrib oldu, gah Bətha.Oxudum nəhvü sərfü fiqhü üsul,Hikmətü heyət eylədim məhsul.Ta ki müstəcmii-ülum oldum,Nəzəri-əhli-əsrə şum oldum.Olmadı çünki məndə malü mənal,Mənə öz elmim oldu vizrü vəbal.Eylədim ta ki hər büsatə güzər,Məni gördükdə xəlq söylədilər:Budu gəldi səfahətin kani,Hacı Seyyid Əzim Şirvani!Küreyi-ərzi fərz edər səyyar,Zəlzələ baisin bilibdi buxar.Söyləyir şəms qütbi-aləmdir,Fələki-nöhhüm ərşi-əzəmdir.Bir görün ki, olubdu bu cahilİnqilabi-ənasirə qail.Söyləyir gah su həvayə dönər,Gah həva su olub səmadən enər.Ab olur atəşü həm atəş ab,

**“İnnə hazəl məqalə şeyün ücab”Allah, Allah, bu küfrü tüğyandır!Demək olmaz ki, bu müsəlmandır!Ey səfihü dəbəngü nahəmvar,Bu xəyalından eylə istiğfar!Bunu təlqin edib sənə şeytan,Şəri-paki-Mühəmmədidən utan.Hükəma qövlünün nədir səməri?Qalmasın fəlsəfilərin əsəri!Var cahanda gözəl hekayətlər,Neçə min nazənin rəvayətlər.Nəzm qıl “Qisseyi-Güləndam”i,Eylə məlum eşqi-Bəhrami.Kərəmin Əsli ilə yaz vəslin,Kəşf qıl Əsli xanımın əslin.De “Koroğlu”, cahanı canə gətir,Qıratın vəsfini bəyanə gətir.Söylə nəqli-Qəribdən hərdəm –Ki, onun yarı idi Şahsənəm.Eşidənlər kəlamın olsun şad,Söyləsinlər ki, mərhəba, ustad!Qala aləmdə yadigar sözün,Ola sövqati-hər diyar sözün.Nə gərəkdir hekayəti-xilqət,Nə gərəkdir bizə o keyfiyyət?Bu nə sözdür ki, xəlqi-kövnü fəsadNə qərar ilə oldular iyçad?!Nə gərəkdir fəzilət izharı,Həq-təala bilir bu əsrarı.Olmayıbdır əgər sözün kutah,Başla nəqli-Koroğlu, bismillah!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов