Həzrəti-İsa ilə beş-on nəfərBir günü bir yerdən edirdi güzər.Gördülə bir qurd düşən it düşüb,Cümlə qotur əndamı yeksər şişib.Buyi-üfunət verir ol meyyitə,Söylədilər: – Bircə baxın bu itə!Biri dedi: – Qurd düşüb əndamına,Biri “qotur” dedi onun namına.Biri dedi, gör ki, nə bəd buyi var!Zərdabı var, zəhr kimi suyi var.Hər biri bir növ olub eybcu.Söylədi ruhulləhi-pakizəxu:Vəh, nə gözəl, dür kimi dəndanı var,Dürci-sədəfdə düri-qəltanı var.Dür var idi onda, edibdir zühur,Çıxdı qoturdan dəxi ləfzi-qotur.Hər nə ola kuzə ara əndərun,Vəqti-tərəşşühdə çıxar ol birun.Həzrəti-İsadə var idi gühər,Sahilə dür verdi o dərya-əsər.Gərçi sənin də hünərin vardır,Gör gülünü, baxma ona xardır.Olma ol əşxas kimi eybcu,Həzrəti-İsa kimi ol nikxu.Açma bu misgər dükanın, Seyyida,Başla sözü, eylədi hatif nida.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов