Yay günü isti idi, bir aslanBir mağara içində oldu nihan;Ta ki rahət ola hərarətdən,Dincələ zəhmətü mərarətdən.Üstünə bir qarışqa çıxdı rəvan,Gəzibən seyr eylədi hər yan.Diksinib şir durdu vəhşətdən,Tülkü güldü ona o halətdən.Dedi: – Ey canəvərlərin şahı,Ucalan ərşə xeylü xərgahı,Səndə kim, bu hünər, bu qüdrət var,Zati-pakında kim, şücaət var,Mur kim, bir zəif xilqətdir,Bəs nedirsən, bular nə vəhşətdir?Dedi: – Ey tülkü, vəhşətim yoxdur,Murdən hiç zəhmətim yoxdur.Leyk bu ardır mənə peyda –Ki, çıxa padşahın üstə gəda.Seyyida, vermə üz gədalərə sən,Düşmə bu möhnətü bəlalərə sən.Çün güli-gülşəni-vəfasən sən.Niyə hər xarə aşinasən sən?Bülbüli-gülşəni-həqiqətsən,Mu-məcaz ilə qılma ülfət sən.Qəfəsi-cismi sal bu viranə,Eylə pərvaz baği-rizvanə.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе