Xəlifə və Bəhlul
Etdi Harun bir gün əzmi-şikar,Gəldi dərya kənarın etdi qərar.Gördü bir əl çıxıbdı dəryadən,Düşdülər heyrətə təmaşadən.Beş ədəd barmaq olmuş onda əyan,Bu müəmmayə qaldılar heyran.Atdılar gərçi xeyli tupü tüfəngLeyk barmaqlar olmadı münfək.Kimsənə bilmədi bu əsrarı,Qaldılar şah-mat elcarı.Dedilər kim, bunu bilər Bəhlul,Bunu eylər tila kimi məhlul.Şah Bəhlulə qasid etdi rəvan,Ta gəlib eyləsin bu rəmzi bəyan.Oldu Bəhlul qarğı atə süvar,Səyrədə-səyrədə gəlib rəhvar.Etdilər ta ki macəranı bəyan,İkİ barmağını bu etdi əyan.Görcək ol əl çəkildi dəryayə,Qaldılar mat bu müəmmayə.Dedi Bəhlulə şəh ki, ey dana,Bu nə işdir, buna nədir məna?Nə əl idi o kim, əyan oldu,Sən ki əl tutdun ol nihan oldu?Bu rümuzun nə idi mənası,Nə idi ol işarə iyması.Dedi Bəhlul: – Ey şəhi-dövran.O ki beş barmaq olmuş idi əyan,O işarə edirdi, ey sərvər,Nə qədər ki, çətin ola işlər,Beş könül olsa cəm, asandır,Cəmlikdən ədu pərişandır.İki barmağımı mən etdim əyan,Eylədim mən ona bu rəmzi bəyan,Yəni ki, bu cahanda iki könülCəm ola, xeyli əmrdir müşkül.Bildi mənanı, batdı dəryayə.Seyyida, afərin bu inşayə!
Kitabxana.az · https://kitabxana.az/ru/works/seyid-ezim-xelife-ve-behlul
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Misrdə bir yeganeyi-dövranMənə bu macəranı qıldı bəyan.
Oğluma xitab (Ey oğul, nifrət eylə vahimədən)Ey oğul, nifrət eylə vahimədən,Vahimə şumdur, müxərribi-tən.
İskəndər dövründə iki həkimVardı İskəndər əsri iki həkim,Mülki-Yunanda, vacibüt-təkrim.
Xeyir söyləməzin hekayəsiVardı bir xeyrsöyləməz nadan,Dilinə xeyr gəlməyib bir an.
Стихи других поэтов
Eşq odına düşdüm, çəkdim cəfalar,Dünyada səfasız nə yaman olur,
İrvanən və şərurəBir qulaq ver mənə, ey sahibi-əqla və şüura,Gözün aç, seyr elə bu aləmi dəhra və dühura,
Qəzəl: Ançe ma rəncə kəşidimآنچه ما رنجه کشیدیم عبث بود عبثدر ره عشق دویدیم عبث بود عبث
Kürə baxdımKürə baxdım, axır yavaş-yavaş,Artırmadan sürətini.