Mürəbbe: Şikar edib tutdum bir şahi-tərlan
Şikar edib tutdum bir şahi-tərlan,Sən etdin əqlimi zail, ay Yaxşı,Səni sevən keçər candan, sərindən,Olur cəmalına mail, ay Yaxşı.
Söhbətində olan istər Saz kimi,Mən çəkərəm hər dəm sənin nazını,Şəms-qəmər kimi göstər yüzünü,Gün kimi aləmə yayıl, ay Yaxşı.
Qaşların oxdur, kirpiyin almas,Haradan oxlasan yaram sağalmaz,Gedər bu gözəllik sənə də qalmaz,Əgərçi sərxoşsan, ayıl, ay Yaxşı.
Məni sənə Aşıq etdi yaradan,Sənin rəqibini haqq götürsün aradan,İstərsən bir xəbər tut Saradan,Yollarında mənəm sail, ay Yaxşı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/sari-asiq-murebbe-sikar-edib-tutdum-bir-sahi-terlan
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Vəd verib mənə gələm demişdin,Gözüm qaldı intizarda gəlmədin.
Mürəbbe: Gedərdi sinəmdən bu dağ həsrətGedərdi sinəmdən bu dağ həsrət,Əgər sənin cəmalını görsəydim,
Mürəbbe: Əyibdi qəddimi qaşlarının taqıƏyibdi qəddimi qaşlarının taqı,Qəsd eyləyib şirin cana gözlərin,
Mürəbbe: Gəldi qasid dedi mən biqərarəGəldi qasid dedi mən biqərarə,Şux dilrubanın izdirabı var,
Стихи других поэтов
Bilirsənmi, könlüm, yar səndən ayrı,Necə miskin-miskin, natəvan gəzir.
SüzdürürMəgər yüzə çin salmışdır sərvi-nazXumar gözün nə süzdürür süzdürür
Güllü xanımQürrətül-üyunum, ay Güllü xanımHünərin var, bu meydanə gəl indi
Cığalı müxəmməs: Ey simbədən, mehri-dərəxşəndə ZüleyxaEy simbədən, mehri-dərəxşəndə Züleyxa,Ey kani-məlahət, ləbi pürxəndə Züleyxa,