Əyibdi qəddimi qaşlarının taqı,Qəsd eyləyib şirin cana gözlərin,Bu qədər şux baxıb Aşıq öldürmə,Heyfi batmasın qana gözlərin.

Cəmalın şöləsi günəşdən əla,Səni görən necə olmaz mübtəla,Qəmzeyi-cəllad, xədəngi-bəla,Rəhm eyləməz heç insana gözlərin.

Gözəllikdə sən sən bu gün yeganə,Canım qurban olsun sən növcavana,Yıxar Aşıq evin, eylər viranə,Dolananda hər bir yana gözlərin.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов