Mən Aşıq, gözəl alma,Yemək gözəl alma,Çirkin al, əsil olsun,Bəd əsil gözəl alma.

Mən Aşıq gözlərinə,Sürmə çək gözlərinə,Özüm özünə qurban,Gözlərim gözlərinə.

Mən Aşıq, yaz ağla,Həm qış ağla, yaz ağla,Bir-bir deyim dərdimi,Sən kağıza yaz ağla.

Mən Aşıq, gözdə qara,Sürmədən gözdə qara,Yar yolun gözləməkdənQalmadı gözdə qara.

Buxarı, ya od qala,Odun gətir, od qala,Elə yandır Aşığı,Məhşərə dək od qala.

Mən Aşıq gülməkdə,Gül bitmiş gülməkdə,Səni gördüm, mən güldüm,Mən handa gülməkdə.

Aşıq, naçar ağlama,Gündüz keçər, ağlama,Qapını bağlayan fələkBir gün açar, ağlama.

Mən Aşıq öz aramda,Yazaram öz aramda,Bir xəlvətcə sözüm varSəninlə öz aramda.

Mən Aşıq, daş bulağa,Sən də gəl baş bulağa,İkimiz həmdəm olaq,Tökək qan-yaş bulağa.

Mən Aşıq, qara-bə-qara,Xalın qara-bə-qara,Yarın itirmiş AşıqDolanar qara-bə-qara.

Mən Aşıq, elə ağla,Yağış tək elə ağla,Dərdlilər yanına get,De dərdin elə ağla.

Mən Aşıq, solumda,Sağımda yox, solumda,Hər bəlalar çəkmişdim,Bu da varmış yolumda.

Mən Aşıq, yar arxına,Su gəlir yar arxına,Nazikdir barmaqların,Qorxuram yarar xına.

At məni yar yayına,Rəqib diyarı yayına,Məhşəridir AşığınGözündən yar yayına.

Evləri ali şanda,Şam yanar alışanda,Kəbəni görər AşıqGöz gözə alışanda.

Mən Aşıq, gün aşanda,Tikilmiş gün aşanda,Aşıq ki ray danışmaz,Sən handa, günəş handa.

Mən Aşıqam, yar alıb,Kəs bağrımı, yar alıb,Əzrayıl, alma canım,Bir canım var, yar alıb.

Mən Aşıq, ya qismət,Ya nəsib, ya qismət,Sənlən keçən günləriBir də görüm, ya qismət.

Mən Aşıq, boynu buruq,Maralım boynu buruq,Yüz il qapında durramSərgərdan boynu buruq.

Mən Aşıq, ay mədəd,Ülkər mədəd, ay mədəd,Dan ulduzu baş verir,Ayrılıqdı, ay mədəd.

Mən Aşıq, mənə azad,Eşqə gəldi mənə azad,Zərrəcən üzün görsəm,Olam qəmdən mən azad.

Mən Aşıq, üz üşür,Sona göldə üz üşür,Mələk qanad tərpətmə,Tel tərpənər, üz üşür.

Aşıq, yara kimin var?Yanğı, yara kimin var?Belə dərd, belə düyün,Belə yara kimin var?

Aşıqam, o yan dağlar,Al qana boyan dağlar,Bu yan zülmət xanadır,Nicədir o yan dağlar?

Aşıq, diyar-bə-diyar,Xalın diyar-bə-diyar,Qoydun kəmanə məni,Atdın diyar-bə-diyar.

Mən Aşıq, ay nədəndir,Aynalanmış ay nədəndir,İnsanın əsli torpaqdır,Torpağın əsli nədəndir.

Mən Aşıq, yaxşıdır,Yaxşı sədəf yaxşıdır,Aşıq ki ray danışmaz,Yaxşı səndən yaxşıdır.

Mən Aşıq, yasdı dağlar,Qar gəldi basdı dağlar,Üç ay toylu bayramlı,Doqquz ay yasdı dağlar.

Mən Aşıq, qardaşa düşər,Qar yağar qardaşa düşər,Qardaşın müşkül işiGənə qardaşa düşər.

Mən Aşıq, üzlər,Sona göldə üzlər,Sağ əlin qaydasıdır,Boyun qucar, üz əllər.

Mən Aşıq, gözümüz var,Kababa gözümüz var,Bizdə gözəl görmüşük,Bizim də gözümüz var.

Mən Aşıq, şan bağlar,Gülü pərişan bağlar,Elə yıxıbdı könlüm,Arı gəlsə şan bağlar.

Mən Aşıq, gülən dəmlər,Şeh düşmüş gülə nəmlər,Gülsün indi gülənlər,Getdi bir gülən dəmlər.

Aşıq, çənli dağlar,Gülü pəncəli dağlar,Yarından ayrı düşənNicə dincəli dağlar.

Mən Aşıq, bir-bir düşər,Atlanan bir-bir düşər,Səninlə keçirdiyim günlərYadıma bir-bir düşər.

Mən Aşıq, minaya dəyər,Xalın minaya dəyər,İl var bir günə dəyməz,Gün var min ayə dəyər.

Mən Aşıq, gülərlər,Ağ biləklər, gül əllər,Bir igid zəlil olsa,Əl çalıban gülərlər.

Mən Aşıqam, arxa var,Götür bilək, arxa var,Qəm çəkmə, dəli könlüm,Əli kimi arxa var.

Aşıqam, yara baxar,Bayquşlar yara baxar,Bir gözə kirpik çala,O necə yara baxar.

Aşıqam, mərdümazar,Olmasın mərdümazar,Kirpik çalma, gözlərim,Canandan mərdümazar.

Aşıq hər ayə çatar,Müşkül hər ayə çatar,Can çıxdı, canan gəlməz,Haray hər ayə çatar.

Mən Aşıq, gözdə nə var,Kabab közdə nə var,Camal görmək sevabdır,Qoy baxsın, gözdə nə var.

Mən Aşıqam, çil avlar,Çil kəkliklər, çil avlar,Yarın nazik əlləriİncitməyək, çilovlar.

Mən Aşıqam, ay nələr,Ələ almış aynalar,Beş gün fani dünyadaNələr çəkdim, ay nələr.

Mən Aşıq, ay gözlər,Ülkər gözlər, ay gözlər,Yorğun maral baxışlı,Baxa qalmış ay gözlər.

Mən Aşıq, göy bağlar,Göy otlaqlar göy bağlar,Gözəllik qaydasıdır,Ağ buxağa göy bağlar.

Mən Aşıq, üz üşür,Sona göldə üz üşür,Meh əsər, tel tərpənər,Sayə düşər, üz üşür.

Mən Aşıq, qara tellər,Ağ üstə qara tellər,Bir namərd bir namərdinÖmrünü qarət eylər.

Mən Aşıq, dərdi var,Getməz elə dərdi var,Səyyal misallı könlümÇox dolanır, dərdi var.

Mən Aşıq, maral azdır,Ovçu çox, maral azdır,Qəm çəkmə, mənim yarım,Ölmərəm, mar alazdır.

Mən Aşıq, ləkə var,Biləyi götür, ləkə var,Aydan gözəl zad olmaz,Bax üzündə ləkə var.

Mən Aşıq, çəkənə ver,Durlandırıb çəkənə ver,Bu dərdi mən çəkmərəm,Aparıb çəkənə ver.

Mən Aşıq, qara bağlar,Atlasdan qara bağlar,Mən ölsəm, yar ağlasın,El gələr, qarab ağlar.

Aşıqam, belə bağlar,Kəmərin belə bağlar,Üzmədim gül qönçəsin,Qurusun belə bağlar.

Aşıq, yüz ilə dəyər,Şanə yüz telə dəyər,İl var bir günə dəyməz,Gün var yüz ilə dəyər.

Mən Aşıq, o gün eylər,O quzuları, o günləri,Yar yara qovuşandaBayramın o gün eylər.

Mən Aşıq, altın avlar,Gəncənin altı novlar,Bəxtəvər, gəl başına,Tər buxaq altın avlar.

Aşıq, yadına bağlar,Xalın yadına bağlar,Gənə qoca bülbülünDüşüb yadına bağlar.

Aşıq, Görəndə var,Hurandan Görənə var,Bir vəfalı yar ilənGetməyə görənə var.

Mən Aşıq, kim düşürər,Kim düzər, kim düşürər,Qürbətdə ölən ölünüQəbirə kim düşürər.

Mən Aşıq, qana dişlər,Quş uçar, qanad işlər,Bir öpüm ağ buxaqdan,Qoy batsın qana dişlər.

Aşıq, mənim qala alar,Borcsuz olmaz qalalar,Çünki gedərgi olduq,Sağlıq ilən qalalar.

Mən Aşıq, yaz göndər,Payız göndər, yaz göndər,Kağız əgər tapmasan,Yarpaq üstə yaz göndər.

Mən Aşıq, sənə dağlar,Şeh düşmüş sənə dağlar,Yar əlindən tutaydım,Çıxaydım sənə dağlar.

Aşıq, su deyib ağlar,Sünbül su deyib ağlar,Dünyada bir gül bitib,O da su deyib ağlar.

Aşıq, yaramı bağlar,Təbib yaramı bağlar,Könül istər, əl çatmaz,Kəsib yaramı bağlar.

Mən Aşıq, gözəl oxlar,Tutubdu gözəl oxlar,Çirkin oxuya bilməz,Oxlasa gözəl oxlar.

Mən Aşıq, yüz il var,Əlli il var, yüz il var,Fələk bildiyin eylər,Sən istərsən, yüz yalvar.

Mən Aşıq, üzəngilər,Tutubdur üzəngilər,Yarın nazik ayağınİncitmə, üzəngilər.

Aşıq, gecədən gedər,Mərğin gecədən gedər,Yarın fikri-xiyalıMəni gecədən edər.

Bağban olan gül əllər,Sona gözlüm gül əllər,Aşıq deyir qanmazaQah-qah çəkib gülərlər.

Aşıq, başına bağlar,Zülfün başına bağlar,Bülbül öldü, gül soldu,Qaldı başına bağlar.

Mən Aşıq, nicə gözlər,Ox atan nicə gözlər,Bir gözə kirpik çala,Yar yolun nicə gözlər.

Mən Aşıq, dəryalar,Keçdik gəldik dəryalar,Bəxtəvər zülfün ucuAğ buxaqdan dər yalar.

Mən Aşıq, gül tər,Bağban saxlar gülü tər,Yar yara yetişəndəDodaq titrər, dil itər.

Dur, atlan, xaldana var,Mərğ üçün xaldana var,Əməli ləbdir, Aşıq,Buxaqda xalda nə var.

Mən Aşıq, yarasızlar,Bayquşlar yarasızlar,Yaralının dərdiniNə bilər yarasızlar.

Mən Aşıq, yarə yetər,Bayquşlar yarə yetər,Nə burda dərd bilən var,Nə əlim yarə yetər.

Mən Aşıq, şirin eylər,Pistanın şiri neylər,Yar özü şirin olsa,Hər işin şirin eylər.

Mən Aşıq, göz izi var,Kababda göz izi var,Sənə yadlar baxıbdı,Üzündə göz izi var.

Aşıq, yana-yana dur,Xalın yana-yana dur,Baxdın, məni görmədin,Ah çək, yana-yana dur.

Aşıq, xalqa naibdir,Əmir xalqa naibdir,Zənəxdan qırmızıdır,Məgər xal qanayıbdır.

Mən Aşıq, mərdə var,Köçsək təzə yurdə var,Tox tülküyə varıncaAcda olsa qurdə var.

Aşıq, çırağı neylər,Yanan çırağı neylər,Bir çıraq ki haqdan yana,O çıraq yağı neylər.

Mən Aşıq, gözüm işlər,Kababa gözüm işlər,Baxaram yar yönünə,Nə qədər gözüm işlər.

Qarşıda yay işin gör,Yaz ötər, yay işin gör,Kamil ustadın Aşıq,Ya özün, ya işin gör.

Mən Aşıq, qaranı yaz,Ağ üzdə qaranı yaz,Hər kağızın başındaMən bəxti qaranı yaz.

Mən Aşıq, gülə naz,Bülbül eylər gülə naz,Bu dünya yaman dünyadır,Ağlayan çox, gülən az.

Mən Aşıq, lalə yalqız,Gül yalqız, lalə yalqız,Qorxuram qərib ölüm,Cənazəm qala yalqız.

Mən Aşıq, xilas olmaz,Gül xardan xilas olmaz,Nə bəlalı quş oldum,Dərd məndən xilas olmaz.

Mən Aşıq, gözəl ayaz,Meh əsər, gözəl ayaz,Qələmin qurbanıyam,Gözəli gözlə yaz.

Mən Aşıqam, qalasız,Şəhər olmaz qalasız,Mən ki getməli oldum,Sağlıq ilən qalasız.

Mən Aşıq, sərin ayaz,Meh əsər, sərin ayaz,Dosta gələn qadanıDüşmənin sərinə yaz.

Mən Aşıq, sarı qız,Sarı köynək sarı qız,Sinəm tabutun olsun,Saç ilən sarı qız.

Mən Aşıq, xan Araz,Sultan Araz, xan Araz,Çayın çeşmən qurusun,Mənim kimi yan Araz.

Mən Aşıq, yüz il gəz,Yüz il dolan, yüz il gəz,Vəfalı həmdəm üçünHeç gəzməsən, yüz il gəz.

Mən Aşıq, ala gəz,Ala yaylaq, ala gəz,Getmə gözüm önündən,Canım ala-ala gəz.

Aşıq, üz yerdən üz,Sonalar üz yerdən üz,Kirpiklər kölgə salmış,Yarılmış üz yerdən üz.

Aşıqı işin bilməz,Xalqı işin bilməz,Yapalaq tərlan olsa,Deyər, yeyişin bilməz.

Mən Aşıq, üz yerdən üz,Sonalar üz yerdən üz,Müjgan sayəsi düşmüş,Yarılmış üz yerdən üz.

Mən Aşıq, mehr üz,Gülü bağdan mehr üz,Sinəndir cay-namazım,Zülfün təsbih, mehr üz.

Aşıq, üz yerdən üz,Bilsəm canan gələ yəqin,Düşərəm üz yerdən üz.

Mən Aşıq, dərdin üz,Gülü bağdan dərdin üz,Ya məni candan eylə,Ya canımdan dərdin üz.

Mən Aşıq, yanə üz,Ördək göldə yanə üz,Nicəsən bir ah çəkim,Yaş tökülə yanə üz.

Mən Aşıq, yaza niyaz,Al qələm, yaz, a Niyaz,Bülbül gülün yarpağınSaxlamış yaza niyaz.

Mən Aşıq, oda salmaz,Oxuyubdu oda salmaz,Heç pərvanə mənim təkÖzünü oda salmaz.

Mən Aşıq, yaza niyaz,Od düşmüş oda yanmış,Əlimi dost əlindənÜzdü bir oda yanmış.

Mən Aşıq, bularmış,Əcəb çeşmə sularmış,Əzrayıl yalan imiş,Can alan bular imiş.

Mən Aşıq, qalınca bağ,Bar verməz qalınca bağ,Viranə qalsa yeğdirDüşmənə qalınca bağ.

Qarşımızda o Dizaq,O Düvran dı o Dizaq,Səməndər xuylu AşıqdanHeç vaxt olmaz od uzaq.

Mən Aşıq, əsdi fələk,Səbrimi kəsdi fələk,Gözəl güllü bağçamdaŞəmalımı kəsdi fələk.

Aşıq, göz ala gərək,Kabab göz ala gərək,Qaş qara, kirpik qara,Üz ağ, göz ala gərək.

Mən Aşıq, kələ gəl,Rəqib gördük, kələ gəl,Yar buxağa gül saçmış,Peyvəst olmuş kələ gəl.

Mən Aşıq, ağam gəl,Ölməmişəm, sağam gəl,Boynumda qəm zənciri,Yolunda dustağam gəl.

Mən Aşıq, ha sən gəl,Sevgi bağını kəsən gəl,Könlüm səni istəyir,Ya mən gəlim, ya sən gəl.

Mən Aşıq, cahanı gəl,Xoyu gəl, cahanı gəl,Mən öz gəlimi istərəm,Götürsə cahanı gəl.

Qarşıda yeriməş al,Xəstəyə yeriməş al,Sağaldım, sayrı çıxdı,Aşıqdır yeriməş al.

Aşıq, yamanca deyil,Xalın yamanca deyil,Günümüz belə keçsə,Gənə yamanca deyil.

Zülfün siyah yüz-yüz il,Ömrün olsun yüz-yüz il,Aşıq səndən üzülməz,Sən Aşıqdan yüz-yüz il.

Mən Aşıq, o yar mənim,Qəm bağrım oyar mənim,Məkkəmdir, Mədinəmdir,Qibləmdir, o yar mənim.

Mən Aşıq, üzə mərdim,Dəryada üzə mərdim,Mən də qara geysəydim,Zülf tək üzə mərdim.

Mən Aşıq, öyülənəm,Şeh salmış öyülənəm,Quran gətir, əl basım,Səninlə öyülənəm.

Mən Aşıq, özüm neyləm,Bu dərdə dözüm neyləm,Ah çəksəm, aləm yanar,Çəkməsəm, özüm neyləm.

Mən Aşıq, sənə gözüm,Səriyur sənə gözüm,Birdən ayrılıq olar,Qoy baxsın sənə gözüm.

Aşıqam, neylən alım,Əlifi bilən alım,Küsdürüb yola saldım,Könlünü neylən alım.

Mən Aşıq, yaza dərdim,Katib yox, yaza dərdim,Füqəra bülbüllər kimiQalubdur yaza dərdim.

Mən Aşıq, baxtı kim,Bağbanım yox, bağ tikim,Fələyə mən nitmişdim,Fələk mənə baxdı kim.

Mən Aşıq, çətənə dərdim,Gül əkdim, çətənə dərdim,Otururam yol üstə mən,Deyərəm, çatana dərdim.

Aşıqlıq mənim dərdim,Yazılmaz mənim dərdim,Dəryalar mürəkkəb olsa,Yazılmaz mənim dərdim.

Mən Aşıq, gənə könlüm,Dolanıb gənə könlüm,Özüm üzünü görsə,İmana, dinə könlüm.

Mən Aşıq, gülə bəndim,Bülbülüm gülə bəndim,Ölkədə qəribim,Bir şirin dilə bəndim.

Aşıqam, mən də gəldim,Gözəlsən, mən də gəldim,Hüsnünün tamaşasınaEl gəldi, mən də gəldim.

Mən Aşıq, nicə sayım,Əməyim nicə sayım,Yarsız keçən günləriÖmrümə nicə sayım.

Aşıq, gül istərəm,Həlilim gül istərəm,Səndən mən, ey vəfasız,Bir şirin dil istərəm.

Aşıq, dolan gözüm,Kababa dolan gözüm,Bəlkə yarı görəsən,Hər yana dolan gözüm.

Aşıq, qalan gözüm,Kababa qalan gözüm,Süreyya tək bölükdəSübhə dək qalan gözüm.

Aşıq, yamanı görüm,Ölsün yamanı görüm,Nə yaman məni görsün,Nə mən yamanı görüm.

Mən Aşıq, düşmən,Atlanmışam düşmən,Görənçə yad olmuşam,Yar yadına düşmən.

Mən Aşıq, ay kağızım,Dili yox, zay kağızım,Gedirsən yar yanına,Dil aç, ay vay kağızım.

Mən Aşıq, uyumamışam,Baş yerə qoymamışam,Yar məndən doyubdursa,Mən yardan doymamışam.

Mən Aşıq, mən şadam,Rəqib qəmgin, mən şadam,Yara deyin, şad olsun,Xiyalilə mən şadam.

Mən Aşıq, düşənəm,Atlanıbən düşənəm,Nə sən gözdən salansan,Nə mən gözdən düşənəm.

Mən Aşıq, av almasın,Çaxmağın qav almasın,Səni vuran ovçununLeyləri av almasın.

Aşıq, görənə qurban,Zülfün hörənə qurban,Mən ki səni görmürəm,Səni görənə qurban.

Mən Aşıq, yaxandan,Ya Sultandan, ya xandan,Məmələr şuxluq eylər,Gah-gah çıxar yaxandan.

Aşıqın yadındasan,Tərsamı yadındasan,Aləm yadına düşməz,Sən ilə yadındasan.

Aşıq, dönmə məndən,Ver tifilə don məməkdən,Durub sallanmaq səndən,Boyuna dönmə məndən.

Aşıq, yadında mən,Tərsa mən yadında mən,Yarəb, o yad olmuşun,Varammı yadında mən.

Dərman səndən, dərddən mən,Xali olam dərddən mən,Aşıq deyir, o gün olmaz,Adın alıb dərddən mən.

Sular axmaq ilən,Qayalar yıxmaq ilən,Aşıq murada yetməzİraqdan baxmaq ilən.

Mən Aşıq, dərd olsun,Gözlərimə tər dolsun,Eşitdim, rəqib ölmüş,O da mənə dərd olsun?

Mən Aşıq, lələ mən,Qəflətdəyəm hələ mən,Dərddən, qəmdən, hicrandanBağlamışam şələ mən.

Mən Aşıq oyana sən,Hər dəm bax, oyana sən,Yardan mənə bir xəbər,Sən məndən oyanasan.

Mən Aşıq keçdi məndən,Su gəldi keçdi məndən,Mərdlərə gördüyü oldum,Namərdlər keçdi məndən.

Mən Aşıq yan dursun,At oxu kimi yan dursun,Zülfünə qadağan et,Ağ üzündən yan dursun.

Mən Aşıq balasın,Laçın verməz balasın,Mən balamı istərəm,Balam istər balasın.

Mən Aşıq gündəsən,Kölgədəsən, gündəsən,Can alan bir gün olar,Canım alar gündəsən.

Mən Aşıq tənim sən,Həm canım, həm tənim sən,Yatdım yuxuda gördüm,Mənə dirsən: mənim sən.

Mən Aşıq qara gəlsin,Zülf üzə qara gəlsin,Sənsiz bayram eyləsəm,Bayram qara gəlsin.

Mən Aşıq bir dənəsən,Bir gəlsək bir dənəsən,Mən ölsəm sənə qurban,Sən ölmə bir dənəsən.

Mən Aşıq yar içəridən,Kəs bağrım yar içəridən,Getdi gözüm qarası,Çıxmadı yar içəridən.

Mən Aşıq mina kərdən,Mina boyu mina kərdən,Altın sal üstdən torpaq,Qorxuram sinə kərdən.

Mən Aşıq Miraw səndən,Heç getməz Qıraw səndən,Yüz il ovçuluq etdim,Vurmadım bir ov səndən.

Mən Aşıq yar içəridən,Kəs bağrım yar içəridən,Gözüm qapıda qaldı,Çıxmadı yar içəridən.

Mən Aşıq naşı əlindən,Tutma naşı əlindən,Yazdığım şikayət eylər,Gözüm yaşı əlindən.

Aşıq naşı əlindən,Ağlar naşı əlindən,Yazdıq şikayət eylər,Gözüm yaşı əlindən.

Aşıq gözümüzdən,Kababa gözümüzdən,Xaldan, zülfdən, buxaqdanDoymadı gözüm üzdən.

Xan köçdü həyətindən,Artıqdı həya, dindən,Ölənəcən AşığınÇıxmazsan ha yadından.

Mən Aşıq oyanasan,Qəflətindən oyanasan,Yardan mənə bir xəbər,Sən məndən oyanasan.

Mən Aşıq hasan sən,Rəqib qoyma, hasan sən,Aləm gözələ dönsə,Mənim meylim ha sən sən.

Aşıq oyanınca,Mən yanım oyanınca,Kəsəm yazdığın dibin,Yalvarım oyanınca.

Mən Aşıq o yaza,Bulud nələr o yaza,Bir dərin mələ gərək,Mən dedikcə o yaza.

Mən Aşıq gülə-gülə,Gül əkdim gülə-gülə,Evimi düşmən yıxdı,Özümə gülə-gülə.

Mən Aşıq bağça nanə,Bağ nanə, bağça nanə,Həsrət qalma gözlərim,Doyunca bax cananə.

Aşıq bax işim sənə,Düşüb bax işim sənə,Yalvarmaqdır bəs nədir,Məzlum baxışım sənə.

Mən Aşıq qəlbi nara,Ay doğar qəlbi nara,Dil ilən dost olanınİş ilən qəlbin ara.

Mən Aşıq dağlara,Duman çökmüş dağlara,Dərdin Məcnun eyləyib,Məni salmış dağlara.

Mən Aşıq bir cananə,Bircə gəl, bircə nanə,Hər cananə can vermə,Versən ver bir cananə.

Mən Aşıq el gələ,Alnında tel gələ,Burda bir bağ salaram,Yar gələ kölgələnə.

Mən Aşıq Mənayə gələ,Qurban Mənayə gələ,Alım səndən üzmərəm,Göydən min aya gələ.

Mən Aşıq bax səmaya,Nər göyərər baxsa maya,Zərrəcə üzün görsəm,Namərdəm baxsam aya.

Mən Aşıq bu dar gündə,Qəm məni bu dar gündə,Könlüm istər yarımı,Gələydi bu dar gündə.

Mən Aşıq oda para,Ay doğdu oda para,Varmı bir odu sönmüş,Canımdan od apara.

Mən Aşıq çəmən yerdə,Su durar çəmən yerdə,Yara qurban olaydım,Soyunub çimən yerdə.

Mən Aşıq dünyaya,Oxun andı dünyaya,Qədrini bil cananın,Bir də gəlməz dünyaya.

Evlər düşdü ya belə,Tök zülfünü ya belə,Aşığın sevdiyi sən,Ya bizə gəl, ya belə.

Aşıqam təkcə-təkcə,Xalların təkcə-təkcə,Nə olar yarı görüm,Danışaq təkcə-təkcə.

Aşıq bağda dara,Zülfün bağda dara,Bülbülü gül üçünÇəkdilər bağda dara.

Aşıqı əkən gecə,Dost boynun əkən gecə,Cəsəddə can titrər,Al-ələ dəkən gecə.

Mən Aşıq bu vətəndə,Gözüm puldan ötəndə,Qəriblik yaman dərddi,Baş yastığa yetəndə.

Mən Aşıq birdə birdə,Bir iş var tək səbirdə,Öləndə birdən ölək,Qoyulaq bir qəbirdə.

Mən Aşıq qəlbi birdə,Su durmaz qəlbi birdə,Gedirsən mənlən get,Getmirsənsə qal bu yerdə.

Mən Aşıq yüz dərdə,Yüz dərmana yüz dərdə,Şəklin yadıma düşdü,Gözüm qaldı yüz dərdə.

Aşıq mən səyyada,Torun qurmuş səyyada,Gözdə könüldə sən sən,Düşərmi kimsə yada.

Mən Aşıq gecə məndə,Dərd məndə, gecə məndə,Uşaq tək ağlar Aşıq,Ləbindən gec əmində.

Aşıq min aya gələ,Qurban Mənaya gələ,Sənsiz qərarım gəlməz,Göydən min aya gələ.

Bir Bərdədir üzkəncə,Üzgün canım üzkəncə,Şəmar ilən baş-başaAşıq qoymuş Gəncə.

Mən Aşıq gül üzünə,Şəh düşmüş gül üzünə,Sunam bağçadan gəlir,Sancıbdır gül üzünə.

Aşıq yara məndə,Sızıldar yara məndə,Ölü olsam dirilim,Ləbindən yar əməndə.

Mən Aşıq Salyana,Darə zülfün sal yana,Neçə sən bir ah çəkim,Kər qoruya sal yana.

Mən Aşıq qala yerdə,Borc yerdə, qala yerdə,Qorxuram qərib ölüm,Cənazəm qala yerdə.

Mən Aşıq didara,Yu zülfünü did arə,Həsrət qalar gözlərim,Didar baxsa didara.

Mən Aşıq Məmqanə,Yol düşdü Məmqanə,Sinən üstə kəs başım,Qoy batsın məm qanə.

Mən Aşıq uzun dərə,Getdikcə uzun dərə,İstərəm bir bağ salım,Yar gələ uzun dərə.

Mən Aşıq tikən gülə,Sarmaşmış tikən gülə,Çoxları göz tikibdir,Mən gözüm tikən gülə.

Mən Aşığam dil yarə,Bayqu meylli dil yarə,Ağlamaqdan gözlərim,Sızlamaqdan dil yarə.

Mən Aşıq kimsəsizə,Rəhman ilə kimsəsizə,Nə göydə mələk bənzər,Nə pərdə kimsəsizə.

Aşıq qan adilə,Çək boynum qanadilə,Xəyalım gəzdiyi yerlərQuş gəzən qanadilə.

Mən Aşıq ayılan günə,Gün dağa yayılan günə,Səni görüb məst oldum,Yazıq mən ayılan günə.

Mən Aşıq tikə-tikə,Kəs bağrım tikə-tikə,Öləndə yar ağlasın,Kəfənim tikə-tikə.

Mən Aşıq ay aydınə,Üz çəkər ay aydınə,Gündə sənin söylədiyinQaylım ay-ay dinə.

Aşıq yara məni,Bayqular yara məni,Ağ könlü bəxtiyardırYetirən yara məni.

Aşıq yüz hasarı,Qalan yüz hasarı,Mərdin bir al kölgəsi,Namərdin yüz hasarı.

Mən Aşıq ay qabağı,Buluddur ay qabağı,Özü gülməz yetimin,Açılmaz ay qabağı.

Mən Aşıq Qazançanı,Doldur, ver Qazançanı,Can qoydum, cəfa çəkdim,Bir görək qazanc hanı.

Mən Aşıq Ləngərudu,Tutubdu Ləngərudu,Çox bilib az danışmaq,İkidə ləngər oldu.

Mən Aşıq yadə məni,Xalın yadə məni,Kimim var yar yanında,Bir sala yadə məni.

Mən Aşıq basma məni,Ağlanıb basma məni,Uşaq tək ağlar Aşıq,Ağzına bas məməni.

Mən Aşıq qoyun dadı,Məməli qoyun dadı,Atasız, sümüksüz, qansızAşıqdır qoyun dadı.

Mən Aşıq ayaz kəsdi,Buz kəsdi, ayaz kəsdi,Məni də al qoynuna,Yazığam, ayaz kəsdi.

Mən Aşıq ay İncəli,Sevgilim, ay İncəli,Səni görən gözlərimNə yatar bədincəli.

Mən Aşıq Əli mindi,Düldül Əli mindi,Könlüm səni çox istər,Yeddi şəmşir alım indi.

Mən Aşıq yüz il məni,Şanə tək yüz il məni,Vəfalı yar yad olmaz,Görməsə yüz il məni.

Aşıq Göy danalı,Köç getdi Göy danalı,Tülkü tərlan ovunuEndirməz göydən alı.

Mən Aşıq suda yandı,Od gəldi su dayandı,Dərdimi suya dedim,Od tutdu suda yandı.

Mən Aşıq bəla budu,Bal budu, bəla budu,Bəlalar çəkən başım,Çək indi bəla budu.

Mən Aşıq ağa gəldi,Xan gəldi, ağa gəldi,Xəstə düşmüş qapına,Dərmana ağa gəldi.

Mən Aşıq yağıb alı,Xoş gördük ya qeyb alı,Qarı düşmən dost olmaz,Yemdirsən yağı balı.

Mən Aşıq yad apardı,Uduzdum yad apardı,Cəfa çəkdim, yar sevdim,Səfasın yad apardı.

Mən Aşıq baş ağalı,Bərgüşad, başaq alı,Bu dünya Süleyman mülkü,Bunda kim başa qalı.

Mən Aşıq xan divanı,Xan eylər xan divanı,Gümüşdən ev tikmişəm,Qızıldan xan divanı.

Aşıq belə yaxşıdı,Kəmər belə yaxşıdı,Mən belə gözləməzdim,Əlbət belə yaxşıdı.

Mən Aşıq mə dumanı,Dağların mə dumanı,Hamının mə dəsi gəldi,Bəs mənim mə dumanı.

Mən Aşıq dərdə zalımı,Düşsün dərdə zalımı,Səndən dərman gəlməsə,Məndən dərd azalımı?

Aşıq yaralar məni,Zülfün yaralar məni,Sənsiz yerə girmərəm,Döşək yaralar məni.

Mən Aşıq qara qandı,Yuşandı qara qandı,Öldürmüsən Aşıqı,Alıbsan qara qandı.

Mən Aşıq mənə sarı,Baxgilən mənə sarı,Hər pərdə möhnət olsa,Yüz verər mənə sarı.

Mən Aşıq Arş başı,Bərgüşad Arş başı,Namərddən kişi olmaz,Yetişsə ərşə başı.

Mən Aşıq dəm arı,Çaldırma bir də marı,Qarı düşmən dost olmaz,Əyridir bir damarı.

Geyinibsən yar sarı,Gəl sinıqam yar sarı,Kəbədə ölsə Aşıq,Yönün qoyaq yar sarı.

Sevdim biri qatabı,Əlif di bi qatabı,Zənbur evinə bənzərAşıq bəyin qatabı.

Mən Aşıq yadlı,Ya divanə yadlı,Mən özümü öldürürəm,Sənə dəksə yad alı.

Mən Aşıq gül anbarı,Güllənmiş gül anbarı,Nə gülür, nə güldürür,Özünkü gülün barı.

Mən Aşıq yüz azarı,Loğman tanır yüz azarı,Qəriblikdə qalan canımTapıbdır yüz azarı.

Mən Aşıq dərd əkdi,Dərman əkdi, dərd əkdi,Dərmana gedən təbib,Gəl xəstəni dərd əkdi.

Mən Aşıq xal saldı,Göydə yerə xal saldı,İnsanları bəlayaZülfün ilən xal saldı.

Aşıq yar xəyalı,Bayqunun yar xəyalı,Nə dağlardan qar gedir,Nə məndən yar xəyalı.

Başa qoymuş gah-gahı,Meydan gələr gah-gahı,Unutmayıq Aşıqı,Yada salaq gah-gahı.

Mən Aşıq dedim qanı,Ya xanı dedim qanı,Könlümü qəm çürütdü,Sinəmi didəm qanı.

Mən Aşıq azar qalı,Dərdli canda azar qalı,Qarı kəlbdir Aşıq,Səslə gəl azar qalı.

Mən Aşıq ayranı,İçmək olmaz ayranı,Cənnət yüzü görməsinMəni səndən ayranı.

Mən Aşıq ömr əbəsdi,Bir vəslə ömr əbəsdi,Vəfasız yar yolundaSərf olan ömr əbəsdi.

Mən Aşıq gələn dərdi,Hər ay, hər gün gələn dərdi,Candan əziz saxlaramCanandan gələn dərdi.

Mən Aşıq gül məkanı,Xar almış gül məkanı,Yardan ayrı qalmışam,Özümdə gülmək hanı.

Atlandıq o Zəngini,Sonalar üzən günü,Ölsün Aşıq görməsinSəndən əl üzən günü.

Gözəllik soylandı,Şəhmarda soylandı,Nəsimi tək yolundaBu Aşıq soylandı.

Ovladıq daşdı canı,Tərlanın daşdı canı,Qoy dərdin Aşıq çəksin,Desinlər daşdı canı.

Aşıqam gül məməni,Şəh düşmüş gül məməni,Məmən güldən nazikdir,İncidir gül məməni.

Aşıqam, yara səni,Bayqular yara səni,İllər ayrısı canım,Yetirim yara səni.

Aşıq üzüldü qaldı,Şanə düzüldü qaldı,Mən gəldim həsrət ilən,Canım üzüldü qaldı.

Mən Aşıq Mehribandı,Qaş gözə Mehribandı,Məndən yad olan gözümGörkəmə Mehribandı.

Mən Aşıq sarı qaldı,Gün getdi sarı qaldı,Can çıxdı, canan gəlməz,Gözüm yol sarı qaldı.

Mən Aşıq Boz dağları,Basubdu Toz dağları,Bilsəm ki yar gəlir,Aşaram tiz dağları.

Mən Aşıq azan yeri,Mollanın azan yeri,Gözlərim kor olsun,Görməsin sən gəzən yeri.

Aşıq birdə səni,Dağ yeri birdə səni,O qədər ölməyeydim,Görəydim birdə səni.

Mən Aşıq günə qaldı,İl getdi yenə qaldı,Səninlən mənim görüşümQiyamət günə qaldı.

Mən Aşıq kəs aranı,Keçməsin kəs aranı,Olursan vəfalı ol,Olmursan kəs aranı.

Mən Aşıq yar ayağı,Yar alı yar ayağı,Astanən qurbanıyam,Köpdür yar ayağı.

Mən Aşıq hasarı,Sınıq könlüm hasarı,Aşıq dərddən ev tikmiş,Qəmdən çəkmiş hasarı.

Mən Aşıq nə qaldı,Nə qovğadı nə qaldı,Fələk mənim başımaGətirməmiş nə qaldı.

Mən Aşıq yüz qandı,Əlli qandı, yüz qandı,Kəbə yıxmaq bir evdi,Könül yıxmaq yüz qandı.

Mən Aşığam yəməni,Sərraf tanır yəməni,Pərişanlıq babındaYar zülfün gör yaməni.

Aşığam yar dilini,Rəqibin yar dilini,Biganələr nə bilər,Yar bilər yar dilini.

Aşığam yara məni,Bayqular yara məni,Əlbəttə behişt taparYetirən yara məni.

Mən Aşıq gül üşüdü,Şəh düşdü gül üşüdü,Güldük, əqlim apardı,Bu necə gülüş idi.

Mən Aşıq nə vəfası,Nə əhdi, nə vəfası,Vəfalıya can qurban,Namərdə nə vəfası.

Mən Aşıq yedi məni,Göz ilən yedi məni,Bir yara sirr verdim,Aləmə dedi məni.

Mən Aşıq kəsər ayı,Rəqibdən kəsər ayı,Cəmalın bir zərrəsiAlmas tək kəsər ayı.

Mən Aşıq gül anbarı,Dolıdır gül anbarı,Dərd qoymaz gözüm açam,Qəm qoymaz gülüm barı.

Mən Aşıq yar alması,Şirindir yar alması,Yaxşı olar yar könlünYar yıxıb yar alması.

Başa qoymuş ki gah-gahı,Güldən gələr ki gah-gahı,Unutmayıq Aşıqı,Yada salaq ki gah-gahı.

Mən Aşıq Kaşan işi,Hind işi, Kaşan işi,Düşmən düşmənə etməzdiSən mənə tutan işi.

Mən Aşıq yüz azarı,Loğman tanır yüz azarı,Qəriblikdə qalan canımTapıbdır yüz azarı.

Mən Aşıq yüz ilməni,Yaxamdan yüz ilməni,Vəfalı yar yad olmaz,Gözləsə yüz il məni.

Aşıq qucaqlaşalı,Xak ol qucaqlaşalı,Qol məndən, gərdən səndən,Gəl bir qucaqlaşalı.

Mən Aşıq qar altıdı,Bu yerlər qar altıdı,Can uçub, cəsəd qalıb,Baxırsan qar altıdı.

Geydiyin dondur ayı,Geyi sallan dondur ayı,Zülmətdə qaldı Aşıq,Bir bəri dondur ayı.

Aşıq üz günnəri,Yoxlayın üz günnəri,Mayadan gözümü kəsərBağlasaq üz günnəri.

Mən Aşıq dalda yeri,Meyi vuran dalda yeri,İki ürək bir olsa,Tez tapar dalda yeri.

Mən Aşıq sən İsalı,Mən Məryəm, sən İsalı,Axar ağlar gözlərimYadına səni salı.

Göz gördü Goran narı,Şətildən gör, ağ narı,Cənnətdə görməz AşıqQoynunda görən narı.

Gəldi bir üz məzəli,Üz meyli, üz məzəli,Ümidi var AşığınDərgahdan üzməz alı.

Mən Aşıq suçu hanı,Soyun tək suçu hanı,Mənlik təşnəsiyəm,Götürsə su cahanı.

Mən Aşıq ay qırağı,Heç olmaz ay qırağı,Açıldı bulud, zülfünGöründü ay qırağı.

Aşıq dərd azalımı,Düşsün dərdə zalımı,Sən kindən baxmaq ilənMəndən dərd azalımı?

Aşığın xan danışı,Qolu ilən xan danışı,Bülbülün bağrın yarat,Qönçənin xəndan işi.

Aşıq yüz il müştəri,Sağ ol yüz il müştəri,Dişək tək dürrü taparGəzsə yüz il müştəri.

Aşığın həm ay işi,Zülflərin həm ay işi,Həm xurşid işin işlərCəmalın həm ay işi.

Aşıq yara səni,Bayqular yara səni,İllər ayrısı canım,Yetirrəm yara səni.

Aşıq yara məni,Bayqular yara məni,Əlbəttə bəxtiyardırYetirən yara məni.

Ay doğdu təzələndi,Doğdıqca təzələndi,Cananı gördü Aşıq,Könlü təzələndi.

Mən Aşıq bizim sarı,Dolan gəl bizim sarı,Dərdim var, dərmanım yox,Dərman tap gəl bizim sarı.

Mən Aşıq üzmə barı,Zülfün üzmə barı,Barışıq başarmadıq,Dostluğu üzmə barı.

Mən Aşıq bilən bizi,Tutubdur bilən bizi,Dardayıq unutmasınTanıyan bilən bizi.

Gəldi gecə dər razı,Şamdan keçə dər razı,Aşıq dir yarsız evdənOlmaz gecədə razı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов