Musa və çoban əhvalatı
Bir gün olmuşdu Həzrəti-MusaCanibi-Turi-pakə rəhpeyma.Nagəhan gördü bir nəfər çubanSöyləyir: – Ya qəfurü, ya sübhan,Hardasan, ey xudayi-ərzü səma!Sənə qurban qoyun-quzum yekca.Bircə gəl bu həqirü zarə qonaq,Sənə süd-doğrama verim, qursaq.Eyləyim zülfü kakilin şanə.Yamayım çarığın zərifanə,Sirkədən, bitdən eyləyim səni pak,Başuvü qırxmağa olum dəllak.Dedi Musa çobanə, ey əbtər,Bu nə sözlərdü, olmusan kafər.Məgər insandır xudayi-cahan –Ki, gəlib ta ola sənə mehman?Əkldən, şürbdən mübərradır,Zatı məxfi, sifatı peydadır.Sözlərindən sənin cahan titrər,Nöh fələk, ərzü asiman titrər.Ol xamuş, ey şəqavətin kanı,Cismə mənsub qılma sübhanı.O şəbanı Kəlim eylədi lal,Verdi üz ol fəqirə dərdü məlal.Gəldi çün Turə Həzrəti-Musa,Açdı razü niyazə dəsti-dua.Gəldi nagəh xitab Musayə –Key kəlimülləhi-fələkpayə,Fövci-peyğəmbərə deyildi rəva,Sahibindən qulun edəydi cüda.Bəndəmi eylədin cüda məndən,Çox uzaqdır bu macəra səndən.Arif ol, hər lisanə ol dana,Halə bax, qalə baxma, ya Musa!Seyyida, gərçi əbdsən şakir,Hər lisan ilə həqqə ol zakir.Hər lisan həq yanında zibadır,Həqq özü hər lisanə danadır.
Kitabxana.az · https://kitabxana.az/ru/works/seyid-ezim-musa-ve-coban-ehvalati
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Əgərçi sənsiz olur əhli-eşqə badə həram,Ləbin xəyalı ilə vacib oldu şürbi-müdam.
Ey gül, sənə əvvəldə xəridar mən oldumEy gül, sənə əvvəldə xəridar mən oldum,Axır nəzərində hamıdan xar mən oldum.
Saqi, mey ver, genə bir tazə günah istəyirəm.Saqi, mey ver, genə bir tazə günah istəyirəm.Qara göz, nameyi-əmalı siyah istəyirəm.
Bağ içrə gəlib yarımı əğyar ilə gördümBağ içrə gəlib yarımı əğyar ilə gördüm,Qan oldu könül kim, o gülü xar ilə gördüm.
Стихи других поэтов · О божественной любви
از شیعه بسی خوب نماید به خدا
Bilin sizZiyadlı elləri, çox salamım var,Oxuyub eşidin hamı, bilin siz.
Qılmayan canın fəday ol dilbəri-cananınaQılmayan canın fəday ol dilbəri-cananına,Cahili-nadan imişlər rəhm gəlməz canına.
Bircə yerSilindi gözlərimin aynasından surətin,Çəkildi xəyalımın səmasından həsrətin,