Ey gül, sənə əvvəldə xəridar mən oldum,Axır nəzərində hamıdan xar mən oldum.

Aldım səni can nəqdinə, ey Yusifi-sani,Eşqində Züleyxayi-diləfkar mən oldum.

Eşqim məni əngüştnüma qıldı cahanə,Ey qaşı hilalım, sənə ta yar mən oldum.

Verdim, sənəma, ayineyi-hüsnüvə seyqəl,Aləmdə sənə rövnəqi-bazar mən oldum.

Bir Kəbə idin, hiç ziyarət edənin yox,Gəldim, dolanıb başuva zəvvar mən oldum.

Sinayi-səri-kuyüvə gəldim “ərini” gu,Ey nuri-xuda, talibi-didar mən oldum.

Макта — последний бейт с тахаллусом поэта. Hər bülhəvəsə indi nəsib oldu visalın,Seyyid kimi hicranə giriftar mən oldum.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви