Bağ içrə gəlib yarımı əğyar ilə gördüm
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Bağ içrə gəlib yarımı əğyar ilə gördüm,Qan oldu könül kim, o gülü xar ilə gördüm.
Eşq içrə mənə rövnəqi-bazar pozuldu,Ol Yusifi bir qeyr xəridar ilə gördüm.
Viranə könül bir dəxi abad ola bilməz,Kim, gənci-nihanımı bu gün mar ilə gördüm.
Peykanlarına eylədi könlümü nişanə,Əltafını, əlhəq, bu dili-zar ilə gördüm.
Ol mahə qərin olmuş idi guşənişinlər,Sabitləri ol kövkəbi-səyyar ilə gördüm.
Ey kaş olaydı bu təmaşadə gözüm kur,Biganələri gülşən ara yar ilə gördüm.
Макта — последний бейт с тахаллусом поэта. Qönçə kimi könlüm dönəcək qanə ki, Seyyid,Ol novgülü bir özgə xəridar ilə gördüm.
Kitabxana.az · https://kitabxana.az/ru/works/seyid-ezim-bag-icre-gelib-yarimi-egyar-ile-gordum
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bir zaman tutdu zülm dünyanı,Ucalır xəlqin ərşə əfğanı.
Şirvanın təzə bəyləri haqqındaÇünki xəllaqi-cahan xilqəti-imkan elədi,Kənzi-məxfidə olan sirri nümayan elədi,
Ayı və siçan hekayəsiBir ayı yatmış idi rahətlə,Uzanıb xeyli istirahətlə.
Aslan və iki öküzBir çəragah içində iki öküzOtlayırlardı şad gecə-gündüz.
Стихи других поэтов · О любви
Qanamıq məni, doğrusın deyim,Məni yüz min dərdə salan yar budur
Qəzəl: Qan içmə könül saqiyi-xunxar gəlincəQan içmə könül saqiyi-xunxar gəlincəSəbr ilə gözüm növbəti-didar gəlincə
Çığalı müxəmməs: Oldum gənə bir qaşı-kaman yarə giriftarOldum gənə bir qaşı-kaman yarə giriftar,Pürqövi-şikəm nafeyi-Tatarə giriftar,
Dönən deyiləmİxtiyar səndir, vəfalı dilbər,Mən sənin könlünə dəyən deyiləm,