Qan içmə könül saqiyi-xunxar gəlincəSəbr ilə gözüm növbəti-didar gəlincə

Güllər düşəcəkdir gözümə xun cigərdənGül seyrinə ol növgül-bixar gəlincə

Fəryad ki hicran məni bərbad edəcəkdirOl atəşi-suzan şərərbar gəlincə

Ey vay ki heyrət məni dildən salacaqdırOl nuşi-ləb və ayineyi-ruxsar gəlincə

Əfsus ki həsrət məni məndən alacaqdırBazarıma ol arıca dinar gəlincə

Bir dərd mənə mərhəm gələ ya gəlməyə QövsiKim təzələnir yaralarım yar gəlincə

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви