Əğyarı ki, gördüm eləyir yarə məhəbbət,Minbəd gərək mən edim əğyarə məhəbbət.

Gər yar üçün əğyarı tutum dust, nə eybi,Gül xatirinə eyləmişəm xarə məhəbbət.

Zülfi-siyəhi-yarə şəbih olduğu yüzdənDaim qılıram rişteyi-zünnarə məhəbbət.

Gər meylim ola şəmi-rüxi-yarə, nə nəqsi,Adətdi ki, pərvanə edər narə məhəbbət.

Qurbandı dilü can səgi-kuyinə o mahın,Möminlər edər, rəsmdi, zəvvarə məhəbbət.

Xət gəldi ruxi-yarə, füzun oldu məlalım,Axır günümü eylədi gör qarə, məhəbbət.

Макта — последний бейт с тахаллусом поэта. Seyyid, o siyəh zülf mənim oldu tənabım,Mənsur kimi çəkdi məni darə məhəbbət.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви