AnnələrinəEldəgəz və Yurdavar üçün

Mən deyirdim ki, bir gün varıb ana yurduna,Öpərsiniz anamın toz basan məzarını…Özlədiyim o gündə mən ölmüş olsam, beləSiz mənsiz gəzərdiniz Bakının Xəzərini…Lənət olsun mənə yar olmayan bir fələkyə,Düşmən kəsildi məndə yetişən hər diləyə...

Mən deyirdim eşqimin gül açmayan baharı,Sizinlə feyzlənib, yetişəcək, güləcək.Ömrümə qarğımışkən sizə gülmədi barı,Dininə uymadığım yolsuz, imansız fələk,Cövrünə tab edərsəm dağları dələcəyəm,Ona bir gün əmrimi dinlədə biləcəyəm…

Artıq onlar gömüldü… Ağlama, yazıq ana,Bu bir tale cilvəsi, çəkməli əzabını,Bir gün hesab sorarkən hər gedən qurbanına,Tanrı olsa da, Qaflar keçirər qəzəbini.Ağlama… duyulmasın qürbətin çətinliyi,Ağlama… qırılmasın qəlbimin mətinliyi.

Bir gündə iki qurban… zərrəcə tutmadım yas,Mən bu yolsuz hökmü də yenə sərxoş dinlədim.Ah… bir gün dönə bilsəm sənə, ey nazlı Qafqas,Mən yalnız sənin eşqin, həsrətinlə inlədim…Bu inləyiş dünyada qəhrin ən imansızı,Yalnız bu inləyişdir qəlbimdə açan sızı.

Başqa bir şey dinləməm, mana yurdumdan oxu,Anlat onun eşqini, unudayım yasımı…Sən aldırma qəlbimə saplanan bu cift oxu,Oxu mana ruhumu, cismimi, Qafqasımı…Ölən öldü, ölməyən həsrətim çırpınan can,Oxu, gözümdə tutsun doğduğum AZƏRBAYCAN…

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви