Birləşən iki nəhr
Tarix boyu axdığı yerdən alıb izini,Qoşmuş dəli Quzğuna Kür çağlaya-çağlaya.Görüncə baş ucunda dərdli Türkmən qızını,Araz da dərdə gəlmiş yas bağlaya-bağlaya.
Qucaqlaşmış o yerdə, birləşmiş iki bacı,Biri eşqim, varlığım, biri başımın tacı...Birində Qafgas qızı yıxamış gur saçını,Yolunda qurban etmiş mənim kimi qaçını.
Biri eş bulmaz, töksə gizli-gizli içini,Yanarmış öz dərdinə qəlb dağlaya-dağlaya...Buluşduqları torpaq yerdə cənnətin eşi,Biri qəlbimdəki qan, biri gözümün yaşı...
Biri toplar suyunu min dərədən, min göldən,Birinin bağrı yanıq, uzaqdan gələn seldən,Biri mənim öz dilim, biri anlamaz dildən,Yanaram arxasından, mən ağlaya-ağlaya...
Biri mənə doğma yurd, biri girdiyim qucaq,Bir mənim, biri də... O da mənim olacaq!..
Kitabxana.az · https://kitabxana.az/ru/works/ildirim-birlesen-iki-nehr
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Yeni proletar ədəbiyyatımızın pioneri Süleyman Rüstəmzadəyə*Başında ipəkdən bir qızıl örpək,
Mənim İncimNə İrandan, nə Hinddən, nə Əfqandan, nə Çindən,Mən bir inci tapmışdım Qafqasların içindən,
Mənim türkümAşiqəm, cismim əgər buzlu cəhənnəmdə yana,Daşımaz qorxulu dağlar bu tükənməz yasımı…
Mənim protestomCəmiyyəti Əqvama açıq məktub*Dinlə, sən ey haqq deyə zülmə eş olan yuva,