Müjdə, ey dil, gələcək bu gecə canan xəlvət,Verəcək qalibi-biruhumuza can xəlvət.

Mərdümi-didə xəyal ilə həmağuş olmuş,Sanki Bülqeysə edib sərh Süleyman xəlvət.

Sinəmin dağlərin mən necə pinhan qılım,Olumu, padşəhim, hiç çırağan xəlvət.

Xət gəlibmiş demə rüxsarına ol sim-tənin,Gətiribmiş, nə bilim, kafəri iyman xəlvət?

Vadiyi-vəhdətə gəl, ey dili-divanə, dəxiOla bilməz bu sifət hiç biyaban xəlvət.

Çıxdı pirahəni-çakilə gülüstandan gül,San, Züleyxa ilə etmiş məhi-Kənan xəlvət.

Макта — последний бейт с тахаллусом поэта. Gah peyğami-cəfa, gah bəlayi-hicran,Seyyidə yar qılır gündə bir ehsan xəlvət.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви