Nə tutmuşsan, könül, qürbət diyarın, əzmi-Şirvan et,Tamaşayi-rüxi-yar ilə seyri-kuyi-canan et.

Nə olmuşsan giriftari-qəfəs, ey tayiri-qüdsi,Çıxıb bu damdən pərvaz qıl, seyri-gülüstan et.

Təəllüq aləmindən əl götür, təcrid qıl hasil,Məsiha tək məqamın xaneyi-xurşidi-rəxşan et.

Könül ver bir nigarə, fariq ol dünyavü üqbadən,Pərişanlıq binasın eylə viran, fikri-saman et.

Макта — последний бейт с тахаллусом поэта. Əgərçi çoxdu Şirvan içrə ziba şuxlər, Seyyid,Vəli sən canuvi şövq ilə İsmailə qurban et.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви